2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kremlin yeni Avrasiya projesi –Ermənistanla sərhədlər açılır?

Avrasiya məkanında son iki ayda baş verən hadisələr fonunda Rusiyanın fəallığı xüsusilə nəzərə  çarpır. Moskva bölgədə hökm sürən münaqişələrdən və təlatümlərdən yararlanaraq ipləri öz əlinə almaq istəyir. Rusiyanın regiondakı siyasi aktivliyi ilə bağlı “Kommersant” qəzetində “Rusiya Avrasiya məkanında toparlanır” adlı təhlil xarakterli yazı dərc olunub:

“Bakıda aparılacaq danışıqlarda ”Şimal-Cənub” və digər strateji sərmayə layihələri müzakirə ediləcək. Bütün bunlar böyük Avrasiya diplomatik marafonunun tərkib hissəsidir” deyə qəzet qeyd edir. Bugünkü (dünənki-red.) üçtərəfli sammitin prioritet mövzusunun  iqtisadi-ticari və sərmayə əməkdaşlığı olması elə Rusiya heyətinin tərkibindən də bilinir. Belə ki, Vladimir Putinlə birlikdə baş nazirin müavini Dmitriy Roqozin, xarici işlər naziri Sergey Lavrov, enerji və nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, iqtisadiyyat naziri Aleksey Ulyokayev, habelə Rusiya Dəmiryollarının vitse-prezidenti Aleksandr Mişirinvə “Rosneft”in başçısı İqor Seçin də gəlib.
Xatırladaq ki, Vladimir Putin Azərbaycanın “AzərTAc” agentliyinə verdiyi müsahibədə uzunluğu 7,2 min km-ə çatan “Şimal-Cənub” nəqliyyat dəhlizinin flaqman layihə olduğunu qeyd edib. Putin İran, Hindistan, İran körfəzi ölkələrindən gələn yüklərin bu dəhliz vasitəsilə Rusiya ərazisinə, oradan da Şimali və Qərbi Avropaya daşınacağını söyləyib. Rusiya prezidenti Azərbaycanın  Rusiyanın postsovet ölkələrindəki iqtisadi partnyorları içində 5-ci yeri tutduğunu xüsusilə qeyd edib.
bakida azerbaycan ve rusiya prezidentlerinin gorusu olub
Rusiya İranla da  əməkdaşlığı olduqca genişləndirir. Rəsmi Moskva İrana Bəndər-Abbas şəhərində tikiləcək İstilik Elektrik Stansiyasının, habelə ölkənin şimal-şərqində Germsar -İncəburun dəmiryol məntəqəsinin tikilişi üçün 2,2 milyard dollarlıq kredit verəcək. Putinin Türkiyə prezidenti, daha sonra isə Ermənistan prezidenti ilə keçirəcəyi görüşlər ərəfəsində Avrasiyada inteqrasiya proseslərinin sürətləndiyini göstərən daha bir əlamətdar hadisə baş verib. Belə ki, keçən həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev 15 iyul hərbi çevriliş cəhdindən sonra Ankaraya rəsmi ziyarət gerçəkləşdirib.
Ankarada danışıqların sonunda keçirilən mətbuat konfransında Türkiyə lideri ABŞ və Avropa Birliyinin ünvanına sərt ifadələr səsləndirib. Nazarbayev isə öz növbəsində Türkiyə və Qazaxıstanın Rusiya məsələsində eyni baxışlara sahib olduğunu və Türkiyənin Şanxay əməkdaşlığı təşkilatında iştirakından məmnun olacağını bildirib. Ərdoğan isə öz növbəsində Rusiya prezidenti ilə Sankt-Peterburqda həyata keçirəcəyi görüşdə “iki ölkə arasında münasibətlərin əvvəlki vəziyyətə qayıdacağını” söyləyərək  rəsmi Moskva ilə münasibəltərin düzəlməsində Qazaxıstan prezidentinin rolunu xüsusilə qeyd edib.
 “Əgər son dövrə qədər Avrasiya inteqrasiyasının əsas mühərrikləri rolunda Rusiya və Qazaxıstan iştirak edirdisə, indi üçüncü mühərrik kimi Türkiyə daxil ola bilər. Avrasiyanın aparıcı dövlətinin regionda inteqrasiya proseslərinə qoşulması Peterburq sammitinin ən böyük nəticəsinə çevrilə bilər”, – deyə Rusiya-Şərq-Qərb” strateji araşdırmala mərkəzinin direktoru Vladimir Sotnikov bildirib”.
İran da İran-Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olduğunu gizlətmir. Musavat.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur «RİA Novosti»yə müsahibəsində danışıb. “Biz ərəblərlə və Qərb dövlətləri ilə müqayisədə regional problemlərin öhdəsindən daha asanlıqla gələ bilərik” deyə iranlı diplomat bildirib. Onun sözlərinə görə, İran Ərdoğanın Rusiyaya səfərində çox maraqlıdır və İran prezidenti Bakıda Vladmir Putinlə görüşdə Türkiyə prezidentinə kömək göstərilməsi məsələsini də müzakirə edəcək. “Biz cənab Putinlə birlikdə cənab Ərdoğana ölkəsində vəziyyətin düzəlməsi və onun doğru qərarlar alması üçün yardım etmək istəyirik. Bu, Suriya, İraq kimi regional məsələlərdə mühüm rol oynaya bilər. Fikirləşirəm ki, cənab Ruhani və cənab Putin Türkiyə prezidentinə kömək etməyə və onu dəstəkləmyə hazırdırlar. Bizim regionun Rusiya, Türkiyə və İran arasında normal münasibətlərin olmasına çox ehtiyacı var”, – deyə yüksək rütbəli iranlı deputat bildirib.
“Kommersant” qəzeti sözügedən məqalədə Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında keçiriləcək görüşlə bağlı daha bir mühüm məqama, Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. “Rusiya, Azərbaycan və Türkiyə liderləri arasında kontaktların yüksək səviyyədə canlanması Moskvada gerçəkləşdiriləcək daha bir vacib görüşün – Vladmir Putin və Serj Sərkisyan arasında müzakirələrin proloqu olacaq”, – deyə qəzet qeyd edir.
“Bu, Ermənistan prezidentinin son bir ayda  Moskvaya gerçəkləşdirdiyi ikinci ziyarətdir. Xatırladaq ki, əvvəlki görüş Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ zonasında gərginliyin azaldılması ilə bağlı baş tutmuşdu. Lakin həmin üçtərəfli sammitdən sonra münaqişənin nizamlanması daha qeyri-müəyyən xarakter alıb. İrəvanda baş verən silahlı qiyam Ermənistanda  radikal əhval-ruhiyyənin qalxdığını və Serj Sərkisyanın mövqelərinin zəiflədiyini göstərdi.
Bu situasiyada isə Sərkisyan öz rejiminin qorunub saxlanması üçün başlıca oyunçuların dəstəyinə ciddi ehtiyac duyur.
Rusiyadan başqa Ermənistan  üçün belə oyunçulardan biri kimi, nə qədər gözlənilməz olsa da, onun barışmaz düşmənlərindən Türkiyə iştirak edə bilər. Türkiyə KİV-ləri də Ərdoğanın xarici siyasətdəki münaqişə potensiallarını azaltmaq  üçün Ermənistanla əlaqələri düzəltlməkdə maraqlı olduğunu yazır. Qəzetlərdən birinin yazdığına görə, Türkiyə və Emənistan arasında təmasların bərpası əslində iyul ayında baş verməli idi, sadəcə hərbi çevriliş cəhdi buna mane olub. Bu səbəbdən hər iki prezidentin arxa-arxaya Rusiyaya edəcəkləri ziyarətin həmin ölkələr arasında münasibətlərin normallaşması üçün əsas ola bilər”.
Məsələ ilə bağlı erməni politiloqları da rəy bildiriblər. Ermənistanın keçmiş diplomatlarından Arman Məlikyan (bu adam vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikasının ”xarici işlər naziri” vəzifəsinə də “ezam edilib”) bunları deyib: “Mən Türkiyənin Qababağ münaqişəsinə cəlb ediləcəyini demək olar ki, istisna edirəm. Kreml Cənubi Qafqaz zonasını özünün müstəsna təsir bölgəsi saydığı üçün Ankaranı 1921-ci il Moskva müqaviləsinə uyğun olaraq davranmağa məcbur etməyə və onun Cənubi Qafqazdakı  ambisiyalarını məhdudlaşdırmağa çalışır».(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button