2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Krım körpüsündə partlayışa görə 8 nəfər saxlanıb

Putin Rusiyanın Ukraynanı işğal etmək gücünü tamamilə yanlış dəyərləndirib. Bunu ABŞ Prezidenti Co Bayden deyir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) oktyabrın 12-də bildirib ki, oktyabrın 8-də Krım körpüsünün dağılmasıyla nəticələnmiş partlayışla başlı 8 nəfər saxlanıb. Onların beşi rusiyalı, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

FSB hücumu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi və onun direktoru Kirilo Budanovun təşkil etdiyini bildirir.

Ukrayna həmin partlayışla əlaqəsini rəsmən təsdiqləmə də, Ukraynanın bəzi rəsmiləri hadisəni bayram ediblər.

18 kilometrlik Krım körpüsündə partlayış nəticəsində körpünün bir hissəsi dağılıb, yük maşınları və avtomobilin hərəkəti müvəqqəti dayanıb.

2018-ci ildə tikilmiş Krım körpüsü 4 milyard dollara başa gəlib. Bu körpü Rusiya ordusunun Ukraynadakı müharibəsində logistik baxımdan əhəmiyyətli rol oynayır, Ukraynanın cənubunda döyüşən Rusiya əsgərlərinə təchizat bu körpüylə daşınır.

Partlayışdan sonra Rusiya qüvvələri Ukraynanın şəhərlərinə raket zərbələri endirib. Rusiya Prezidenti Vladimir Putin bunun Krım körpüsünün partladılmasına cavab olduğunu deyib.

Putin Rusiyanın Ukraynanı işğal etmək gücünü tamamilə yanlış dəyərləndirib. Bunu isə ABŞ Prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, Moskvanın öz qonşusuna qarşı taktiki nüvə silahından istifadə edəcəyinə inanmır.

Bayden oktyabrın 11-də CNN-ə müsahibəsində deyib ki, Putinin rasional davrandığına inanır, amma onun Ukraynadakı hədəfləri “rasional deyil”.

“(Ukraynanı işğal etməklə bağlı) qərar verəndən sonrakı çıxışında o, Rusiyanın və rus dilində danışanların lideri olmaqdan danışırdı. Məncə, bu, qeyri-rasionaldır”, – Bayden söyləyib.

Rusiya ötən ay Ukraynada qismən tutduğu dörd vilayətdə qanunsuz referendum təşkil edərək onların ilhaqını elan edib.

Bayden ötən həftə dünyanın nüvə fəlakətiylə üzləşməsi haqda xəbərdarlıq səsləndirib. Putin bundan öncə atom silahlarından istifadəylə təhdid etmişdi.

Rusiya ordusu Ukraynada böyük itkilər verəndən sonra Putinin niyyətləri və mental durumu ətrafında müzakirələr gedib. Bayden isə deyir ki, Putin yol verdiyi səhvlərə baxmayaraq, “rasionaldır”.

“Məncə, Putin rasional oyunçudur, amma əhəmiyyətli dərəcədə yanlış hesablama aparıb”, – Bayden deyib.

Böyük Yeddilik (G7) liderləri isə oktyabrın 11-də bəyanatda Rusiyanın son raket hücumlarını pisləyib, Putinin bütün bunlar üçün cavab verəcəyini deyiblər.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov oktyabrın 11-də deyib ki, Moskva Qərblə Ukraynayla bağlı danışıqlara açıqdır, ancaq bu yöndə hər hansı ciddi təklif almayıb.

Ukrayna indiki məqamda Rusiya ilə danışıqlara getməyəcəyini bildirib.

24 saat” “
Krım körpüsündə partlayışa görə 8 nəfər saxlanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button