Loading...
Loading...
SEÇMƏ

Krımda Rusiyaya məxsus hərbi hissədə yanğın olduğu bildirilir

Yayımlandı: 16 Avqust 2022 11:36

“Partlayışdan gələn səslər uzaqlara yayılır”

Avqustun 16-da səhər Krımın Cankoy rayonunun Qalay kəndində Rusiyaya məxsus hərbi hissədə yanğın olub.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov “Facebook” səhifəsində məlumat paylaşıb.

“Müvəqqəti olaraq işğal olunmuş Krımın Cankoy rayonunun Qalay (indiki Azov) kəndində orkların hərbi hissəsinə zərbə endirilib. Bir saatdır partlayış səsləri eşidilir”, – deyə Çubarov yazıb.

O, əlavə edib ki, zərbələr silah-sursat anbarını hədəf alıb: “Partlayışlardan gələn səslər uzaqlara yayılır”.

Meydan TV

Gözdən qaçırmayın:  “Qardaş öpüşü” qraffitinin müəllifi ölüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button