2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Krımın Ukrayna tərəfindən itirilməsi bir reallıqdır”

İlqar Vəliyev: “Hətta Kiyev belə onu hərb yolu ilə qaytarmaq haqqında  düşünmür”

 

Zaman keçdikcə Rusiyanın işğalçı siyasətinin son qurbanlarından biri olan Krımın Ukraynaya qayıtması ilə bağlı gözləntilər də azalmaqdadır. Xüsusilə də, Rusiyanın Krım ərazisində böyük raket kompleksləri yerləşdirməsindən sonra, bu gözləntilər ümidsizliklə əvəzlənməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlamasında Krımla bağlı yaranmış son durumu dəyərləndirən politoloq İlqar Vəliyev vəziyyətin o qədər də ürəkaçan olmadığını qeyd etdi:

“Açıq desək, Krım Ukrayna tərəfindən itirilib. Bu günkü reallıq bundan ibarətdir. Krımla bağlı heç kəs müzakirə aparmır. Krımla bağlı danışıqlar getmir. Doğrudur, sanksiyalar tətbiq edilib. Lakin bu sanksiyalar minimum həddədir. Rusiya Krımla bağlı heç kəslə danışıq aparmaq istəmir. Daha bir gerçəklik isə ondan ibarətdir ki, heç kəs Krımı hərb yolu ilə geri qaytarmaq niyyətində deyil. Ukrayna belə hərb yolu ilə Krımı geri qaytarılmasına hazır deyil. Bu isə o deməkdir ki, Krımın geriqaytarılması məsələsi gündəmdə deyil”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button