2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Kriminal rejimin idarə etdiyi ölkə

Milli Şuranın sədri Cəmil Həsənli

10 yaşlı Nərminin başına gələn faciə bizim hansı fəaləkətin, ölkənin hüquq mühafizə orqanlarının, bütövlükdə idarəçiliyinin yüngül desək hansı yararsız vəziyyətdə olduğun bir daha ortaya qoydu. Yalnız prezident işi nəzarətə götürdükdən sonra DİN fəaliyyətə keçib qətli törətdiyini etiraf edən İlkin Süleymanovu həbs edib. Hər gün ölkədə insan oğurluğu və qətlləri də daxil yüzlərlə cinayət hadisəsi baş verir. Deməli gözləmək lazımdır ki, İlham Əliyev hansı işi nəzarətə götürsə operativ qaydada onu açsınlar. Maddi marağı olanda polis dana oğrusun adam oğrusundan tez tapıb qiymətinə şərik olduğu heyvanları diri-diri sahibinə qaytarır.

Saytların yığılması Saytlarin yigilmasi

Körpə bir qızçığaz 45 gün yoxa çıxıb, bunu 40 gününü Nərmin sağ olub. 40 gün oğurlanmış bir körpəni xilas etmək üçün üçün kifayət qədər böyük vaxtdır. Nəzərə alsaq ki, hadisənin baş verdiyi Dondar Quşçu kəndi meqapolis deyil, kiçik bir dağətəyi kənddir. Hadisəni törətdiyini etiraf edən İlkin Süleymanov isə Nərmingildən vur-tut 500 metr aralıda yaşayır. Bu müddət ərzində DİN-in rayon idarəsi, sahə müvəkkili, digər hüquq mühafizə orqanları Nərmini xilas etmək üçün niyə fəaliyyətsiz qalıblar, niyə hərəkətsizlik nümayiş etdiriblər? Axı, operativ əməliyyat tədbirləri görülsəydi bu müddətdə Nərmini xilas etmək olardı. Digər bir sarsıdıcı məsələ 40 gün məktəbə gəlməyən şagirdin taleyinə kənd məktəbinin, müəllim kollektivinin biganə münasibətidir.

Rəsmi məlumata görə İlkin Süleymanov qətli törətdiyin etiraf edib. Bəs oğrlanmış, 45 gün müddətində yoxa çıxmış 10 yaşlı qız uşağının taleyinə münasibətdə DİN və rayonun digər hüquq mühafizə orqanlarının fəaliyyətsizliyinin, hərəkətsizliyinin məsuliyyətini kim etiraf edəcək? İcbari təhsil ölkəsində 45 gün məktəbə gəlməyən şagirdin taleyinə münasibətdə haray salmayan, öz şagirdi ilə maraqlanmayan məktəb, müəllim kollektivi bu mənəvi yükü necə çəkəcək?

Təəssüf ki, hazırda kriminal bir rejimin idarə etdiyi bütün ölkənin vəziyyəti Dondar Quşçuda olduğu kimidir. Yəqin ki, bir sürü yaltaq və yalaq öz ixtisasları üzrə yeni təbliğat imkanı əldə edəcək ki, prezident məsələni nəzarətinə götürdükdən sonra qısa bir zamanda 10 yaşlı Nərminin qatili tapılıb həbs edildi. Nərmini sağ ikən xilas etmək lazım idi, sağ ikən!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button