2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıdır

İngilis klubu 36 yaşındakı portuqaliyalı forvardın transferi üçün şəxsi şərtlər, viza və tibbi müayinə məsələlərində “Yuventus” klubu ilə razılığa gəldiyini açıqlayıb.
Cümə axşamı baş məşqçi Massimiliano Alleqri beş dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldonun İtaliya klubunda oynamaq istəmədiyini açıqlayıb.

“Mançester Yunayted” Ronaldonun transfer qiymətini açıqlamayıb, ancaq bu rəqəmin 25 milyon avro (29.5 milyon dollar) olduğu bildirilir. Onun “Yuventus”la müqaviləsinin bitməsinə bir il qalmışdı.

Ronaldo 2003-2009-cu illərdə “Yunayted”də çıxış edib və ovaxtkı məşqçisi Aleks Ferqusonun rəhbərliyi altında super ulduza çevrilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

“Klubdakı hər kəs Kriştianonu yenidən “Mançester”də qarşılamağı səbirsizliklə gözləyir” deyən “Yunayted” çoxlu irəliləyişlərlə keçən günü qısa bir açıqlama ilə bitirib.

“Yunayted” Ronaldonun 292 oyunda 118 qol vurduğu kluba qayıdışını təsdiqləyədən bir neçə saat əvvəl, hazırkı baş məşqçi Ole Qunnar Sulşer “Ronaldo bilir ki, biz burdayıq” deyib.

“Məndən soruşsanız, o, bütün zamanların ən möhtəşəm oyunçusudur” – deyə, Ronaldo ilə birgə oynamış “Yunayted”in sabiq hücumçusu Sulşer bildirib.

Ronaldo 3 ildən sonra “Yuventus”dan ayrılır. O, bu kluba “Real Madrid”dən transfer olunmuşdu.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button