Bizim tərcümə

Krit sahillərində kiçik təyyarə dənizə düşüb: 1 ölü

2022-12-15 21:16:09

Yunanıstanın Krit adasının şimal sahillərində tək mühərrikli kiçik təyyarə dənizə düşüb. Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada təyyarədə olan 62 yaşlı İndoneziyalının öldüyü, digər 32 yaşlı Cənubi Afrikalının isə xilas edildiyi bildirilib. Dənizdə huşsuz vəziyyətdə olan 32 yaşlı kişinin bütün müdaxilələrə baxmayaraq köçürüldüyü Venizeleio Xəstəxanasında dünyasını dəyişdiyi bildirilib. Yerli hakimiyyət qəza ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button