Loading...
Loading...
Xəbərlər

KTMT baş katibi Yerevanda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Bakı/22.12.21 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və KTMT baş katibi Stanislav Zas çərşənbə günü Yerevanda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycanla sərhəddəki vəziyyəti təsvir edərək, bu vəziyyətin Yerevan üçün birinci növbəli təhdid olduğunu vurğulayıb.

Bu kontekstdə tərəflər delimitasiya və demarkasiya prosesinin tezliklə başlaması üçün şərtlərin təmin edilməsi zərurətini qeyd ediblər.

Bir müddət əvvəl Zas KTMT-nin Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətdən həddindən artıq narahat olduğunu bəyan etmişdi. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button