2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin təsiri qısamüddətli olacaq – ekspertlər

Bakı/07.01.22 KTMT qoşunlarının, xüsusən Rusiya hərbiçilərinin Qazaxıstana yeridilməsinin qısamüddətli uğuru ola bilər. Gələcəkdə bu, ölkədəki siyasi böhranı daha da dərinləşdirəcək, Azərbaycandakı ekspertlər belə hesab edirlər.

RF-nin FTX və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin Qazaxıstana gəldiyi haqqında məlumatlar daxil olur, bu barədə politoloq Xaqani Cəfərli “Amerikanın Səsi”nə bildirib.

“Ukraynadan sonra Qazaxıstanda avtoritar rejimin devrilməsi Rusiya üçün fəlakət olardı”. 

Saytların yığılması Saytlarin yigilmasi

Amma Moskva postsovet respublikalarının azadlıq uğrunda mübarizəsinə mane olmaq gücünə malik deyil, Cəfərli belə hesab edir.

Politoloq Anar Məmmədli hesab edir ki, Tokayev hökuməti etirazçıların dağıdılması üçün güc tətbiqini vətəndaş cəmiyyəti və hüquq müdafiəçiləri ilə işdən üstün tutub.

“Bu böhrandan çıxış yolu xaricdən qoşun yeritməkdə və Almatıda 1986-cı il və ya Bakıda 1990-cı il və Vilnyusda 1991-ci il böhranını təkrar etməkdə deyil. Qoşunların yeridilməsinin təsiri uzunmüddətli ola bilməz”, deyə Məmmədli qeyd edib.

Onun sözlərinə görə, “sülhməramlıların” dəvət olunması etirazları daha da gücləndirib, çünki hakimiyyətin xarici qüvvələr dəvət etmək niyyəti əhalini qəzəbləndirib.

Tokayev çox tab gətirə bilməyəcək və çox güman ki, onu Əbdürrəhman Vəzirovun (1990-cı ildə qoşunların yeridilməsindən sonra qaçan Azərbaycan KP MK-nin keçmiş birinci katibi) aqibəti gözləyir, Məmmədli belə hesab edir.

Onun fikrincə, Qərb baş verənlərə münasibət bildirməli və Qazaxıstan hakimiyyətinə və oraya qoşun yeridən dövlətlərə qarşı sanksiyalar tətbiq etməlidir.

Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də hesab edir ki, Rusiya Qazaxıstana qoşun yeritməklə növbəti səhvini edib.

“Bu, müvəqqəti uğurdur və bunun Rusiya üçün nəticələri ağır olacaq. Bu, Rusiya əleyhinə əhval-ruhiyyəni gücləndirəcək, həm də təkcə Qazaxıstanda deyil”, Kərimli belə hesab edir. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button