2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kuba 2 yaşa qədər uşaqlara COVID-19 peyvəndi tətbiq edəcək

Kuba bazar ertəsi elan edib ki, iki yaşına qədər olan kiçik uşaqlara da COVID-19 peyvəndi tətbiq edəcək. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyib.

Dövlət mediaysı xəbər veirir ki, məqsəd ölkə əhalisinin 90 fazini peyvəndləməkdir. Hökümətin məlumatlarına görə əhalinin təxminən yarısı peyvəndin bir dozasını, təxminən üçdə biri isə hər iki dozasını vurdurub.

Cons Hopkins Koronavirus Resurs mərkəzinin verdiyi məlumata əsasən, Kubada son həftə ərzində orta hesabla hər gün təxminən 7000 yeni yoluxma halı qeydə alınıb. Bu isə 11 milyon əhalisi olan ölkə üçün dünyadakı yoluxmalarda əhali nisbətinə nəzərən ən yüksək göstəricidir.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə şagirdləri yenidən məktəblərə qaytarmaq istəyir. Kubada evlərin çoxunda internetə çıxış yoxdur və 2020-ci ilin martında məktəblər bağlandıqdan sonra əksər uşaqlar televiziya proqramlarına baxaraq öyrənir.

Ada ölkəsi eyni zamanda turizm sənayesini də bərpa etməyə can atır. Associated Press-in məlumatına görə, Kuba 2019-cu ildə turzim gəlirlərindən 4,1 milyard qazanıb ki, bu ümumi daxili məhsulunun təxminən 10 faizini təşkil edir.

Kuba əhaliyə tətbiq edilməsi üçün iki vaksin hazırlayıb. Bunlar 2-18 yaşda uşaqlara tətbiq olunması üçün hazırlanmış Soberana-2 və yetkin şəxslər üçün nəzərdə tutulmuş Abdala peyvəndləridir. Hər iki vaksin yerli tənzimləyicilər tərəfindən təsdiqlənsə də, beynəlxalq qiymətləndirmədən keçməyib.

Çin də daxil olmaqla, Venesuala və Birləşmiş Ərəb Əmirlikləri kiçik yaşda uçaqlara peyvənd tətbiq edəcəyini elan etsə də, Kuba bunu həyata keçirən ilk ölkədir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button