2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Küçə ticarətçiləri cərimə olunmayacaq – BŞİH

Novruz bayramı ilə əlaqədar küçə ticarəti ilə məşğul olanlara cərimə tətbiq olunmayacaq.
Bunu Axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov qanunsuz küçə ticarəti ilə məşğul olanların çoxalması haqda danışarkən deyib. Onun sözlərinə görə, küçə ticarəti ilə məşğul olanları 80 manat məbləğində cərimə gözləyir:
“Küçə ticarəti Bakının sağalmaz xəstəliyidir. Novruz bayramı ərəfəsində kənd təsərrüfatı mallarının şəhərə axını nəticəsində küçə ticarəti ilə məşğul olanların sayında çoxalma baş verib. Təlabatın artmasını nəzərə alaraq, hələ ki, heç kimə cərimə tətbiq olunmayıb. Amma bu proses bayrama qədər nəzərdə tutulub. Bayramdan sonra belə bir hala rast gəlinsə, lazımi cərimələr təyin olunacaq.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin qurumu olaraq tez-tez reydlər keçirir, küçə ticarətinin qarşısını almaq üçün əlimizdən gələni edirik. Əhalinin sıx olduğu yerlərdə, daha çox metro çıxışlarında bayram yarmarkalarının təşkil olunması da bir növ buna qarşı bir tədbirdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button