2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Küçəyə atılan körpənin anası cinayət məsuliyyətinə cəlb edildi

Yayımlandı: 6 Fevral 2023 08:41

Qadının 4 azyaşlı uşağının olduğu nəzərə alınıb, həbs edilməyib

Bir müddət öncə Abşeron rayonunun Masazır qəsəbəsində küçəyə atılmış yeni doğulan körpənin anasının kimliyi müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, bu, 1999-cu il təvəllüdlü Tünzalə Əkbərovadır.

Saytların yığılması Saytlarin yigilmasi

“Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tünzalə Əkbərova saxlanılaraq, istintaqa təhvil verilib”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Yeni doğulmuş körpə yanvarın 18-nə keçən gecə polietilen paketin içində tapılıb. Ona dərhal tibbi yardım göstərilməsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Tapılandan sonra heç bir sutka tamam olmamış uşaq vəfat edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, sözügedən uşağın küçəyə atılması ilə əlaqədar yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

ana körpəsiylə
Foto: Meydan.TV

Uşağın valideyninin kimliyi onun atıldığı polietilen torba vasitəsilə müəyyənləşib.

“Üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olduğu müəyyənləşib. Ekspertizalar nəticəsində isə valideynlərin kimliyi müəyyən edilib”, – prokurorluğun məlumatında bildirilir.

Tünzalə Əkbərova cinayət məsuliyyətinə cəlb edilsə də, həbs olunmayıb. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Prokurorluğun məlumatına görə, onun ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınaraq, istintaq dövrü üçün həbs yox, başqa növ qətimkan tədbiri seçilib.

Bu cinayət işi üzrə istintaq davam edir.

Tünzalə Əkbərovanın ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button