2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Kukla Teatrının direktoruna xəbərdarlıq edilməyib”

Yayımlandı: 22 Noyabr 2022 15:54

Rejissor deyir ki, yoxlama qərarı əsassızdır və heç bir arqumentlə əsaslandırılmır

“Kukla Teatrının direktoru Rəşad Əhmədzadə heç bir halda Mədəniyyət Nazirliyinə dəvət olunmayıb. Ona nə şifahi, nə də yazılı xəbərdarlıq edilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının rəhbəri, rejissor Saida Haqverdiyeva deyib.

O, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarovanın APA-ya açıqlamasında söylədiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Nuridə Allahyarova demişdi ki, daha öncə Kukla Teatrına həm şifahi, həm də yazılı xəbərdarlıqlar olunub.

Saida Haqverdiyevanın sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən Kukla Teatrında yoxlama aparılmasından noyabrın 21-də xəbər tutublar:

“Nazirliyin məlumatında bildirilir ki, qurumun tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada da məlumatlar yayılıb. Mediada dərc olunan şikayətlərlə bağlı məlumatları istədik, bizə heç nə göndərilmədi. Bu, nazirliyin tələsik verdiyi qərardır. Ona gör də heç bir arqumentlə əsaslandıra bilmirlər”.

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə noyabrın 18-dən Kukla Teatrında yoxlamalar aparıldığı bildirilir.

Məlumata görə, yoxlamanın keçirilməsinə səbəb rejissor Saida Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddialardır.

Saida Haqverdiyeva bugünlərdə müsahibəsində demişdi ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib.

Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.

Rejissor qeyd edib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib.

Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

Saida Haqverdiyev xatırladır ki, müsahibəsi noyabrın 14-də dərc olunub. Üzərindən bir həftə keçəndən sonra Kukla Teatrında araşdırmaların başlanması isə şübhə doğrur:

“Müsahibədə müəyyən mənada narazılğımı bildirmişəm. Teatrda yoxlamaların mənim müsahibəmlə əlaqəli olduğunu bilmirəm. Bununla belə, müsahibəmdən bir həftə sonra teatrda yoxlama işlərinə başlanılması, insanlarda belə fikir yaradır. Paytaxtda ilk yoxlanılan Kukla Teatrı olduğu üçün vəziyyət gün kimi aydındır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button