Loading...
Loading...
Gündəm

‘Kuklalar’ın rejissoru Çingiz Rəsulzadə vəfat edib

İyunun 21-də kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

49-yaşlı rejissorun vəfat səbəbi açıqlanmır.

Ç.Rəsulzadə “Həyat haqqında mimlər” qısametrajlı bədii filminin və “Jestlər… Barışıq” sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.

O, kinoda daha çox “Kuklalar” filminin müəllifi kimi tanınırdı. Bu filmi bir neçə beynəlxalq filmdə iştirak etmişdi.

Ç.Rəsulzadənin Meyxoş Abdullahın hekayəsi əsasında yazdığı “Daima birlikdə” ssenarisi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibi idi.

24 saat” “’Kuklalar’ın rejissoru Çingiz Rəsulzadə vəfat edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button