2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Külək Bakıda fəsadlar törədib

Bazar günü- martın 7-də Bakı və Abşeronda əsən güclü külək ciddi fəsadlar yaradıb. Hətta ölüm hadisəsi baş verib. Verilən məlumatlara görə, metronun 28 May stansiyası yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti səmtindən keçən 34-yaşlı bir xanım başına yüksəklikdən dəmir parçası düşməsi üzündən həlak olub.

Məktəblərin dam örtüyü düşüb

Bakıda külək habelə, 278 və 319 nömrəli məktəblərin, bəzi başqa binaların dam örtüyünün bir hissəsinin atıb. Xəzər rayonu Binə qəsəbəsində mağazanın damı uçaraq qaz xəttinin üzərinə düşüb, bir məhəllənin qazsız qaldığı qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Verilən məlumatlara görə, Bakının bəzi yerlərində külək bir sıra ağacları köçündən çıxarıb və ya sındırıb. Üstəlik, Binəqədi rayonu ərazisində böyük bir reklam şitinin aşdığı bildirilir. Habelə, Abşeron rayonunda elektrikin verilməsində fasilə yarandığı açıqlanıb.

Dalğanın hündürlüyü 4.8 metrə yüksəlib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, martın 7-si günorta saatlarında ölkə ərazisində güclü şimal-qərb küləyi əsib, Bakıda küləyin sürəsi saniyədə 35 metr olub. Neft Daşları stansiyasının məlumatına görə, dənizdə dalğanın hündürlüyü 4.8 metrə yüksəlib.

24 saat” “Külək Bakıda fəsadlar törədib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button