2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kuleba: “Putin açıq şəkildə Ukraynaya qarşı cinayətini etiraf etdi”

Yayımlandı: 7 Sentyabr 2022 16:14

Rəsmi Kiyev qərbli tərəfdaşlarına çağırış edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 7-də Şərq İqtisadi Forumunun (EEF) plenar iclasındakı açıqlamasına reaksiya verib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, Putin Ukraynaya hücumu “şüurlu şəkildə” əmr edib.

O hesab edir ki, Putin müharibənin Rusiyanın “güclənməsinə” səbəb olacağına inanır.

D.Kuleba bu barədə “Twitter” səhifəsində yazıb.

V.Putin bildirib ki, Rusiya Donbass sakinlərinə kömək etmək üçün bu addımı atıb.

Onun sözlərinə görə, Kreml bu məsələni dəfələrlə sülh yolu ilə həll etmək üçün cəhd edib, amma qarşı tərəf əks reaksiya verib. Bu da silahlı müdaxiləyə yol açıb.

D.Kuleba Putinin bəyanatından sonra beynəlxalq tərəfdaşlarına müraciət edib.

O, dünyanı Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı məhkəmənin yaradılmasını dəstəkləməyə çağırıb.

“Putin indicə açıq şəkildə Ukraynaya qarşı cinayətini etiraf etdi. “Biz bunu qəsdən etdik”, – Putin belə deyib. Mən bir daha bütün dövlətlərə səslənirəm: Ukraynaya qarşı təcavüz cinayətinin araşdırılması üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyin”, – deyə Kuleba yazıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button