2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Kürdəmir RİH-nin həbs olunmuş əməkdaşı işə necə bərpa olundu? – TƏFƏRRÜAT – Savash.org


Külli miqdarda mənimsəmədə ittiham olunaraq bir ay əvvəl barəsində həbs qətimkan tədbiri seçilən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Sarif Əsgərovun azadlığa buraxılmasının təfərrüatları məlum olub.Bununla bağlı aztoday.az-a daxil olan məlumatlara görə, cinayət işində şahid kimi adı keçən Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçsı İrşad Əliyevin bu işdə xüsusi rolu olduğu iddia olunur.

Qeyd edək ki, Səraf Əsgərov Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı yol verilən mənimsəmə faktı üzrə həbs edilmişdi. Mənimsəmə barədə Hesablama Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun S.Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Onun həbsi ilə əlaqədar 2014-cü il dekabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Sarif Əsgərov avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlət büdcəsinin vəsaitini mənimsəyiblər. Bildirilir ki, işin keyfiyyətli qaydada yerinə yetirilməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılıb və dövlətə 143 min manat məbləğində zərər dəyib”.

Yayılan rəsmi məlumatların fonunda Sarif Əsgərovun azadlığa buraxılmasının özü də qaranlıq mətləblərdən xəbər verir. Bizə çatan məlumatlarda iddia olunur ki, Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı 2 milyon manata yaxın vəsait mənimsənilib. Bu məbləğin də 1/3-i sabiq icra başçısı İrşad Əliyevin həyat yoldaşına çatıb.

Məlumata görə, Sarif Əsgərovun həbsi ilə başlamış cinayət işindən sonra İrşad Əliyev hərəkətə keçərək, istintaq qurumları ilə “danışıqlar”a başlayır. 1 milyon manat məbləğində müvafiq ödəmələr edəndən sonra onların azadlığına nail olur…

Ən maraqlısı isə odur ki, Sarif Əsgərov hazırda Kürdəmir rayonun baş memarının köməkçisi vəzifəsində çalışır… Qeyd edək ki, İrşad Əliyev 1994-2004-cü illərdə kənd təsərrüfatı naziri, 2005-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012-2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb…

Məqalədə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button