Dünya
Kürd siyasətində daşlar hərəkət edir! Dəmirtaş HDP-ni bombaladı, Əhməd Türkdən dəstək gəldi

Kürd siyasətinin aparıcı simalarından olan Ahmet Türk, Səlahəddin Dəmirtaşın HDP-nin siyasətini tənqid etməsinə dəstək verib. Türk, “Mütəşəkkil bir quruluş yox idi. Partiya daxilində çoxlu qərargahlar quruldu. Hamımız yenidən düşünməliyik. Seçki prosesində bir əskiklik var idi” dedi.
Dəmirtaşın seçki prosesində HDP-nin siyasətini tənqid etməsi və aktiv siyasətdən getdiyini deməsi ilə bağlı kürd siyasətinin öndə gedən simalarından olan Ahmet Türkdən diqqətçəkən qiymət gəldi. Dəmirtaşın aktiv siyasətdən istefası ilə bağlı Türk, “Səlahəddin bəy uğurlu siyasətçi idi. O, bizim gənc və dinamik dostumuzdur. Belə bir qərar gözləmirdim” dedi.