2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Kürdlərin müstəqillik referendumu niyə çox böyük qanla nəticələnə bilər?

“Economist” yazır ki, Kürdüstanın müstəqillik referndumu tamamilə əks-nəticələrə gətirib çıxara bilər.

Məqalədə deyilir ki, nəhəng neft ehtiyatlarına və Kərkük şəhərinin qeyri-müəyyən statusuna görə bu regionu həmişə barıt çəlləyinə bənzədiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Çoxmillətli Kərkük Kürd Muxtar Regionunun hüdudlarından kənardadır və Bağdad ərəb hökuməti də bu əraziyə iddialıdır. Yerlilər üçün bu ziddiyyətlərin faydası da var: Kürd peşmərgə qüvvələri buranı mühafizə edir, Bağdad hökuməti isə bütün maliyyə xərclərini çəkir.

“Economist” yazır ki, indiyədək Kərkükün çoxmillətliliyi İraqın kimlik uğrunda müharibələrini şəhər qapılarından çöldə saxlaya bilib və çoxdilli şəhər normal yaşayışına davam edib.

Buradakı kafelərdə türkmanlar, kürdlər və ərəblər hərəsi öz dili ilə ümümi ünsiyyətdə olublar.

Bu da qeyd olunur ki, neft gəlirləri hesabına bu şəhərin mağaza və restoranları da həmişə gur olub.

Əyalətin qubernatoru kürddür. Peşmərgələr bura 2003-cü ildə amerikalılarla gəliblər, nüfuza malikdirlər, amma rəsmi postların çoxunu ərəblər tuturlar.

“Bu çaxmaq qabının özü heç vaxt alovlanmayıb, lakin kürdlərin sentyabrın 25-ə təyin edilmiş referendumu bu vəziyyəti dəyişə bilər” – yazır məcmuə.

Qorxmayanlar da indi qorxurlar

Hazırda rəqib ərəb və kürd qüvvələri şəhərin üzərinə yeriyir və adətən qorxu bilməyən sakinlər indi qorxmağa başladıqlarını söyləyirlər.

Problem burasındadır ki, İraq Kürdüstanının başçısı Məsud Bərzani referendumu təkcə özünün Kürdüstan Muxtar Regionunda yox, həm də Kərkükdə və muxtariyyətin sərhədlərinə dəxli olmayan geniş ərzilərdə keçirməkdə israrlıdır. Bu əraziləri İslam Dövləti təşkilatının əlindən onun döyüşçüləri alıblar.

İraqın baş naziri Hayder Abadi referendumu konstitusiyaya zidd adlandırıb, parlament isə Kərkük qubernatorunun vəzifəsindən kənarlaşdırılmasını tələb edib. Qubernatorun Kərkükdə referendum keçirilməsini dəstəkləməsi Bağdad hökumətini qəzənbləndirib.

Yaranmış vəziyyətlə bağlı mərkəzi İraq hökumətində iki nazir də daxil, müxtəlif postları tutan kürdlər vəzifələrindən çıxarıla bilər. Bu arada İraq hökumət qoşunları və onun şiə müttəfiq qruplaşmaları səfərbərliyə başlayıblar.

Ən yaxşı silahlanmış və ən böyük qruplaşma olan Bədr dəstəsinin lideri deyib ki, onun qüvvələri bu həftə İD-in mərkəzi İraqdakı son istehkamı olan Havicaya yürüş zamanı yolüstü Kərkük üzərinə yeriyəcək və burada referendumun keçirilməsinə imkan verməyəcək. O bunu da bildirib ki, sözü gedən əməliyyata sentyabrın 23-də başlayacaq.

The President of Iraqi Kurdistan, Massoud Barzani, during a BBC interview
Image captionİraq Kürdüstanının prezidenti Məsud Bərzani, BBC-ə müsahibəsi zamanı

Bərzani: “Kürdlər Kərkük uğrunda ölməyə hazırdırlar…”

Bağdadın vəzifədən çıxardığı Kərkük qubernatoru hələ də öz postunda oturub və bütün hədələri rədd edir.

“İD-in şəhərə girişini dayandıran həmin peşmərgələr, bu dəstənin də qarşısını alacaqlar” – deyir Kərim.

Elə Kərkükü kürd şəhəri adlandıran Bərzani də deyir ki, “kürdlər onun uğrunda ölməyə hazırdırlar”.

Kürdlər doğrudan da bu şəhərin ətrafında Qərbin dəstəyi ilə iki metr dərinliyində səngər qazıblar və dörd metr hündürlüyündə torpaq val ucaldıblar.

Qərb bu istehkamı qurmaqda kürdlərə ona görə kömək etmişdi ki, onlar İD-in neft yataqlarına çıxışını dayandırsınlar.

Amma indi bu müdafiə xətti şiə silahlıların qarşısında sipər olacaq. Kürdlər deyirlər ki, bu, həm də əslində gələcək Kürdüstanın sərhədinə çevriləcək. Bəzi kürdlər hətta Bağdadın Dəclədən gedən suyunu kəsəcəkləri ilə hədələyiblər.

Amma “Economist” yazır ki, kürdlərə qarşı gələn şiə qüvvəsi də qudrətlidir. Bu qüvvə İD-ə qarşı üçillik döyüşlərdə bərkdən-boşdan çıxıb. İraq hökuməti şiə silahlı qüvvələrinə azı 1 milyard dollar xərcləyib. Bunun müqabilində kürdlərin peşmərgənin maaşını vermək üçün pulu yoxdur.

Məqalədə deyilir ki, Kərkük hələ Sincardan qərbə, Fərat çayına və Suriyaya doğru zolaqda potensial alovlanma nöqtələrindən yalnız biridir.

“Economist” yazır ki, bu nöqtələrdən hər hansı birində baş verən qığılcım qalan nöqtələri alovlandıra bilər.

Kərkükdə bir kürd də referenduma qatılacağını demir

Regional güclər də kürdlər üzərinə təzyiqi artırmaqdadırlar. Türkiyə kəşfiyyatının rəisi Hakan Fidan, İranın Qüds qüvvələrinin komadanı general Qassem Süleymani Kürdüstanı gəzərək referendumun keçirilməməsi üçün xəbərdarlıq edirlər.

Cənab Bərzani çox ümid edirdi ki, 1991-ci ildə kürdlərə muxtariyyət qazanmalarında kömək etmiş Qərb bu dəfə də onların arxasında duracaq. Lakin amerikalılar İraqın gələcəyində kürd müstəqilliyindən daha çox maraqlı olduqlarını açıq bildiriblər.

ABŞ koalisiyasının xüsusi elçisi Brett McGurk də kürd siyasətçilərə xəbərdarlıq edib ki, buralarda münaqişə başlansa, heç bir maliyyə, diplomatik və ya hərbi dəstək gözləməsinlər. Sentyabrın 14-də xarici ölkələrin İraqdakı səfirləri də Bərzani ilə görüşdə eyni mövqedə olduqlarını bildiriblər.

Kürdlərin özləri də parçalanıblar. Cənab Bərzani bayraqlı-şüarlı mitinqləri yalnız özünün Kürd Demokratik Partiyasının nəzarət etdiyi iki əyalətdə – Ərbil və Dohukda təşkil edə bilib.

Lakin Kərkük və Süleymaniyyənin küçərlərində nəzarət Bərzaninin köhnə rəqibi Kürdüstanın Vətənpərvər İttifaqının əlindədir.

“The Economist” məcmuəsinin müxbiri yazır ki, o, bu iki şəhərdə referendumda səs verməyi planlaşdıran bir kürdə də rast gəlməyib.

Bu kürdlər Bərzaninin 26 il muxtariyyətə rəhbərlikdən sonra dövlətə rəhbərlik edə biləcəyinə inanmırlar.

Kürdlərin silahlı qüvvələri də parçalanmış vəziyyətdədir. Parlament artıq iki ildir ki, iflic vəziyyətinə düşüb. Millət vəkilləri prezidenti yerindən tərpədə bilmirlər. Halbuki Bərzaninin 12 illik prezidentlik müddəti dörd il bundan əvvəl qurtarmalı idi.

US oil rigFotonun müəllifiGETTY IMAGES

Və Rusiya neft hayındadır

“Financial Times” yazır ki, Rusiyanın neft nəhəngi Rosneft İraq Kürdüstanı ilə danışıqlardadır və burada regional qaz kəmərini maliyyələşdirməyə hazırlaşır.

Rosneft son vaxtlar muxtar regionda mühüm rol oynamağa başlayıb.

Şirkət gələcək neft kontraktları müqabilində indidən Kürdüstan Regional Hökumətinə kreditlər verir, burada özünün enerji infrastrukturunu genişləndirmək üçün sazişlər imzalayır və hətta potensial kəşfiyyat-qazma işləri barədə danışıqlar aparır.

Rosneft bəyan edib ki, Kürdüstan Regional Hökuməti ilə “sürətli bir şəkildə” qaz kəmərləri sisteminin yaradılması üçün danışıqlar prosesindədir.

Rosneftin bəyanatında deyilir ki, şirkət İraq Kürdüstanı qaz şəbəkəsinin yaradılmasının maliyyələşdirilməsində iştirak etməyi planlaşdırır.

Rusiya şirkəti bəyan edib ki, bu barədə sazişlər artıq bu ilin sonunadək imzalana bilər.

Bu layihəyə görə, yerli istehlakçıların qazla təchizatında artıq 2019-cu ildə başlana bilər.

Rosneftin planlarına görə Kürdüstan onun köməyilə 2020-ci ildən qaz ixracatına hazır olacaq.

Şirkətin rəsmiləri bildirirlər ki, Rosneftin tikəcəyi qaz kəməri regiondakı zavod və fabrikləri qazla təchiz edəcək, daha sonra isə təbii qazı Türkiyə və Avropaya çıxaracaq.

Bu kəmərin tutumunun ildə 30 milyard kubmetr olacağı düşünülür.

“Financial Times” yazır ki, bütün bunlar Kürdüstanın müstəqilliyi üçün sentyabrın 25-də keçiriləcək referendumun ərəfəsinə təsadüf edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button