2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Kurtlar Vadisi Pusu” geri qayıdır

“Kurtlar Vadisi Pusu” ilə bağlı yeni xəbərlər yayılıb. 24saat.org saytl qaynarinfo.az-a istinadən xəbər verir ki, serialın yenidən yayımlanacağı iddia edilir.

Yayımlandığı gündən reytinqlərdə birinci olan “Kurtlar Vadisi” bu mövsüm efirə çıxmadı. Əvvəlcə, serialın heç bir kanalla anlaşa bilmədiyi deyilirdi. Sonradan isə “Pana Film”in FETÖ (Fetullahçı Terror Örgütü) ilə əlaqələri olduğu iddia edildi. Hətta “Pana Film”in 15 iyul çevriliş cəhdindən bir müddət öncə “Kurtlar Vadisi Pusu”nun patent hüququnu almaq üçün müraciət etdiyi də ortaya çıxdı. Düzdü, şirkət bu iddiaları təkzib etdi. Amma serialın yayıma başlamaması xəbərlərin daha da geniş yayılmasına səbəb oldu.
Bu günlərdə isə yeni xəbərlər yayılmağa başlayıb. İddia edilir ki, “Kurtlar Vadisi Pusu” ölkədə çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə hal başa çatandan sonra yayıma başlayacaq. Artıq serialın ssenari və yeni hekayəsinin hazır olduğu, yeni mövsümdə əsasən ssenarinin FETÖ və PYD-nin (Paralel Dövlət Yapısı) üzərində qurulacağı bildirilir.
Qaynarinfo.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button