Gündəm

Ləğvetmədə olan bankların ümumi kredit portfeli 2,5 mlrd. manatdır

Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının məcmu kredit portfeli 2,5 mlrd. manatdır.
Bunu Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, bu məbləğin 85%-i məbləği 500 min manatdan artıq olan kreditlərdir: “Bu kreditlər 1 200 müştəriyə verilib. Qalan 15%-lik hissəni isə 75 minə yaxın müştəri alıb”.
A.Cavadov qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurumun nəzarətində olan 10 bankdan 4-də kreditlərə görə yığımlar qənaətbəxş deyil. Bu, “Royalbank”, “Texnikank”, “Bank of Azerbaijan” və “Kredobank”dır.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close