Gündəm

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürdü

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.

Qaynarinfo xəbər verir ki, hadisə Şilavar kəndində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. 

O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair – mərhum Əli Nasirin kiçik qardaşı idi.

Faktla bağlı araşdırma aparılır.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button