Xəbərlər

Lənkəranın baş memarı tutulub

Bu barədə oktyabrın 6-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb

Lənkəran rayonunda vəzifəli şəxslərlə bağlı cinayət işi açılıb.

Bu barədə oktyabrın 6-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Onlar Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevdir.

Qurumdan bildirilib ki, iş üzrə toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb:

“Elgün Abdullayevə Məcəllənin 311.3.2 (rüşvətalma – təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.”

Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddə (vəzifə saxtakarlığı) ilə ittiham elan edilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan prezidenti Praqadadır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button