Now Reading:
Lənkəranskinin ən yaxın adamı AZADLIQDA

Lənkəranskinin ən yaxın adamı AZADLIQDA

Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlı Türkiyədə azadlığa buraxılıb. Salamnews-a daxil olan məlumata görə, azadlığa çıxan “qanuni oğru”nun görüşünə bir çox kriminal avtoritetlər gəliblər.

R.Lənkəranskinin ölümündən sonra onun tərəfdarları ilə digər “qanuni oğrular” arasında ədavət daha da artıb. Belə ki, R.Lənkəranskinin nəzarətində olan bazarları, obyektləri ələ keçirmək uğrunda mübarizə güclənib.

Xatırladaq ki, Rövşən Canıyevin sağ əli sayılan Hacı Beyləqanski R.Lənkəranskinin qətlində şübhəli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.