2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ləğv olunan bankın vəzifəli şəxsləri məhkəmə zalında həbs edildilər

Məhkəmə prokurorun protestini təmin etdi

Lisenziyası ləğv olunan “Royalbank” ASC-nin keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barəsində birinci instansiya məhkəməsinin hökmündən prokuror tərəfindən verilən apellyasiya protestinə baxılıb. Bakı Apellyasiya Məhkəsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının protesti təmin edilib. P.Vəliyev və R.Abbasov barəsində olan şərti cəza ləğv edilib.

Onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs edilib. Təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-c (mənimsəmə), P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay azadlıqdan mərhumetmə və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə şərti cəza verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button