2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ləhcə ilə danışan şəxsləri cərimə gözləyir

Azərbaycanda ləhcə ilə danışan bəzi şəxslər cərimələnə bilər.
24saat.org xezerxeber.az-a istinadən bildirir ki, söhbət televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrindəki dil pozuntularına yol verən hüquqi şəxslərdən gedir. Ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu yeni layihə hazırlayır.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyir ki, hazırda cərimələrin hansı söz və ifadələrə görə tətbiq olunacağının detalları müzakirə edilir. Cərimələrin məbləği isə Milli Məclisin yekun qərarından sonra müəyyənləşdiriləcək.
Sevinc Əliyevanın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə media və reklam sahəsində bu tip cərimələr mövcuddur. Azərbaycanda da bu cərimələr dilin qorunub saxlanmasını təmin edəcək.
Qeyd edək ki, cərimələrin yalnız hüquqi şəxslərə tətbiqi nəzərdə tutulub. Fiziki şəxsləri isə heç bir cərimə gözləmir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button