2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

Lənkəran: oliqarx direktorunun şok – Korrupsiyası

Lənkəran Dövlət Humanitar Kollecinə rəhbərlik edən Ruslan Həmidov və komandası tələbələri talan edir. Bu barədə 24saat.org-a şəhər sakini Nizami Məmmədov məlumat verib.


Onun sözlərinə görə, dövlət imtahanlarına 500 manatdan pul yığılır. Valideyn olduğunu qeyd edən N.Məmmədov bildirib ki, kollecin əməkdaşı Ülviyyə Rzayeva pulu tələbələrdən hədə-qorxu gəlməklə alır:
“Bildirir ki, bu göstərişi ona gizli şəkildə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov verib. Qiyabi şöbənin müdiri Xuraman son kurs tələbələri kollecə cağıraraq onlara hədə-qorxu gələrək dövlət imtahalarına 300 manat verməsələr kəsiləcəklərini bildirir.
Musiqi şöbəsinin müdiri Fikrət qabilliyyət -qəbul imtahanlarına hamının gözu qabağında ixtisaslarda fərqli olaraq 3.000 -4.000 manat rüşvət yığır. Müəllimlərin hər biri müavin Aysellə birləşərək kollekum imtahanlarında hər bir tələbədən 30-50 manat rüşvət alırlar”.
Şikayətçi deyib ki, kollec direktoru saxta ştatlar açaraq öz əmri ilə təsdiqləyib: “Eyni zamanda QİYMƏT-MONİTORİNQ mərkəzini açaraq bütün rüşvətin yığılmasını ora cəmləşdirib. Direktorun göstərişi ilə tələbələr kəsirdə saxlanılır və bu yolla onlardan pul tələb olunur. Daha sonra əlaltıları olan qiyabi şöbəsində Xuraman Ələkbərova, musiqidə Fikrət Kərimov və müavin Aysel Mehdiyeva işə qarışır və kəsr imtahanlarını 50 manata yazdırırlar.
Direktor bufeti vergilərdən gizlədir və hər ay bufetdə Ağa adlı şəxsdən 300 manat haqq alır. Bufet hecç yerdə qeydiyyatda deyil. Kollecin büdcəsi təyinatı üzrə düzgün bölünmür. Vəsaitlər kiminsə cibinə xidmət edir.
Bu yaxınlarda bir gunə sildiyi 12.000 manat dəftərxana ləvazimatından heç kim faydalanmayıb. Direktor musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanaçı Natiqin əli ilə xərcləyib. O hazırda Rusiyadadır.

Ruslan Həmidov kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180 min manat pul mənimsəyiblər. Belə ki, 140 min manatı xüsusi vəsaitdən təyinatdan kənar köhnə binanın təmirinə xərcləyiblər. Bu pulla ancaq ağartma işləri, Musiqi Şöbəsinin pəncərə və dam örtüyünü yeniləməyə sərf ediblər.
Büdcədən ayrılmış 24 min manatı isə 1 günün içində dəftərxana ləvazimatları üçün xərcləyiblər. Həmidovun kollecdəki digər gəlir yerləri sırasında bufet də var. Amma əsas qazanc mənbələrindən biri isə Lənkəranın Həftoni qəsəbəsində inşa etdirdikləridir. «Həmidov Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirir.
2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir. Tikinti işlərinə də Nadir Axundov rəhbərlik edir. Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurbovda evləri və maqazinləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır. Onun həmçinin şəhərin mərkəzində 580 kv.metr həcmində çilçıraq dükanı da var. Qapısında isə iki maşın dayanır. Onlardan biri «Range Rover», digəri isə «Hyundai»dir».
Ruslan Həmidovun «Şəhər İnşaat» MMC şirkətinin əliylə həyata keçirilən prosesin əsas məqsədi pul silməkdən ibarət olub. Universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün ayrılmış 59 min manatdan da xəbəri olan yoxdur». Hələ 2005-2006-cı illərdə Hesablama Palatası LDU-da yolxama apararaq, xeyli yeyinti halları aşkarlamışdı. Həmin araşdırma zamanı məlum olmuşdu ki, Ruslan Həmidov və yaratdığı «Şəhər İnşaat» şirkəti büdcə vəsaitlərinin 1 milyon manatını mənimsəyib: «Birinci faktda vurğulanır ki, Lənkəran şəhəri Füzuli küçəsində yerləşən, əvvəllər Lənkəran Sovxoz- Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağına məxsus tikili təmir edilərək LDU-nun balansına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Rektor A.İsgəndərov və təsərrüfat müdiri R.Həmidovla birləşərək, yarımçıq tikilinin panellərinin hər birini 350 manata, mişar daşlarını, dəmirdən olan hörgülərini, armaturlarını, bütün materiallarını sataraq, pula çeviriblər. LDU-nun balansında olan torpaq sahəsinin yola baxan hissələri isə iş adamlarına ya icarəyə verilib, ya da böyük məbləğ müqabilində satılıb»

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button