2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Lənkəranda məktəbli bıçaqlandı

Bu gün axşam saatlarında Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Lənkəran şəhər sakini 15 yaşlı Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bıçaqlanma hadisəsi Xəzər dənizi sahilində qeydə alınıb. Yaralı Yunus Əzimzadə Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlər zərərçəkmişin vəziyyətinin orta-ağır olduğunu bildirir. Hadisənin hansı səbəbdən törədildiyi bəlli deyil. Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır. Yunus Əzimzadəyə xəsarət yetirmiş şəxsin axtarışları davam edir.

Yaralı Yunus Əzimzadə Lənkəran mərkəzi rayon xəstəxanasında

Saytların yığılması Saytlarin yigilmasi

Analoji hadisə ötən gün Bakıda baş verib. Şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü Bayraməli İmanov Vidadi oğlu mübahisə zəminində yoldaşı tərəfindən məktəbin həyətində bıçaqlanıb.

Məlumata görə, iki məktəb yoldaşı arasında mübahisə səhər məktəbdə başlayıb. Daha sonra yoldaşlar mübahisəni sosial şəbəkələrdə davam etdiriblər və bir-birilərini təhqir ediblər. Bundan sonra Bayraməliyə zəng edən həmyaşıdı onunla məktəbin həyətində görüşmək istədiyini bildirib.

Məktəbin həyətinə gedən Bayraməli orada da məktəbli yoldaşı ilə əvvəl mübahisə edib, daha sonra əlbəyaxa olub. Mübahisə bıçaqlanma ilə bitib. Belə ki, Bayraməli ilə eyni məktəbdə oxuyan yoldaşı onu özü ilə gətirdiyi bıçaqla vurub. 14 yaşlı şagird dərhal 3 saylı Sabunçu şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxananın həkimi Dəmirçiyev Namiqin dediyinə görə, şagird xəstəxanaya daxil olarkən vəziyyəti kafi olub və o dərhal əməliyyat edilib. Hazırda onun vəziyyəti stabildir, xəstə reanimasiyadadır. Faktla bağlı Sabunçu rayon polis şöbəsində araşdırma aparılır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button