2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

Lənkəranda Qaraşov-Dadaşov 14 saylı bağçanı talan edib – Fotolar

Lənkəranın mərkəzində yerləşən 14 saylı uşaq bağçası dağılıb. Şəhərin Qala adlanan ərazisində olan bağçanın tavanı uçub, döşəməsi dağılıb, tamamilə yararsız vəziyyətə düşüb. Bu barədə 24saat.org-a şikayət edən bir qrup valideynin sözlərinə görə, Lənkəran şəhər icra hakimiyyəti mərkəzdə yerləşən bağça ilə də maraqlanmır.

Onların verdiyi məlumata görə, icra başçısının müavini İlqar Dadaşovun nəzarətində olan bu uşaq bağçaları bərbad gündədir. Valideynlər şikayətlənirlər ki, heç olmasa Lənkəranın tən ortasında yerləşən uşaq bağçasına laqeyd münasibət göstərilməyəydi.
24saat.org-a göndərilən fotolardan görünür ki, bağça sanki müharibədən çıxıb. Bununla belə, fəaliyyətini davam etdirir və körpələr belə acınacaqlı şəraitdə saxlanılır. Valideynlər bildirirlər ki, icra başçı Taleh Qaraşovla müavini İlqar Dadaşovun tez-tez ötüb keçdiyi Qala yolunda olan 14 saylı şəhər bağçasının taleyi onların heç yadına düşməyib. Amma bağça maxinasiyalarını unutmayıblar.
Onu da deyək ki, Lənkəran kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görə də valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar.

Rayonda fəaliyyət göstərən uşaq baxçaları Lənkəran şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Lənkəran Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsini mənimsənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, icra başçısının göstərişi ilə baxçalara nəzarəti öz üzərinə götürən İlqar Dadaşov Lənkəran şəhər icra nümayəndəsi və rayon maliyyə idarəsinin müdiri ilə əlbir olaraq dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəini cibinə axıdır.

Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 30 faizi İlqar Dadaşova, bir hissəsi Qaraşova, digəri isə şəhər icra nümayəndəsi ilə maliyyə idarəsinin müdirinə çatdığı deyilir.

Hər il Lənkəran şəhər və kəndlərindəki uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən 500 min manatdan çox vəsait ayrılır. Məsələn Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında 2014-cü il Lənkəran rayonuna 415 min manat, 2015-i ildə 422 min, 2016-ildə 390 min manat vəsait ərzaq mallarının alınması üçün ayrılıb.

Bundan başqa Lənkəran rayon daxili büdcəsindən Gəgiravan, Mamusta, Haftoni, Balıqçılar, Nərimanabad, Siyavar, İstisu kənd, qəsəbələrinə, Liman şəhər və Lənkəran şəhər icra nümayənədinə əlavə ərzaq mallarının alınması üçün hər il 40 -90 min manat arası vəsait ayrılıb.

İl boyu rayon baxşalarına ayrılan ümumi vəsait 500 min manat təşkil etdiyi halda Lənkəran baxçalarındakı ərzaq çatışmazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər.

 

1

4

 

2

3

 

 

 

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button