2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lənkəranda sosial müavinət alanlardan ETİRAZ

Lənkərandan bir qrup sosial müavinət alan rayon sakinləri ünvanlı dövlət sosial yardımların təyinatında neqativ hallara yol verilməsi səbəbindən dayandırılacağı barədə mətbuatda yazılan məlumatlarla bağlı Modern.az-a müraciət ediblər.

Haqqı itirməyək…

Saytların yığılması Saytlarin yigilmasi

 

Onlar bildiriblər ki, bu cür yazılar reytinq xatirinə yazılmış və şər-böhtan xarakterli məlumatlardır:

“Son vaxtlar mətbuatda bu və ya digər mövzularda təhlil olunmadan populist baxımdan, oxunsun deyə yazılar yazılır. Görünən kəndə nə bələd deyiblər. Dünya yaranandan cəmiyyət sosial ədalət uğrunda vuruşub və bütün bunlara baxmayaraq nöqsanlar və çatışmazlıqlar daim mövcud olub.

Nə edəsən ki, bu nöqsanları şişirdib bayağılaşdırmaq, kütlə pisixologiyasına istinad edib oxucu cəlb etmək istəyən mətbuat orqanları təəsüf ki mövcud olub, bu gün də mövcuddur.

Nə üçün məhz bu mövzu ilə bağlı biz sizə, Modern.az saytına müraciət edirik?

Çünki siz virtual məkanda fəaliyyətə başladığınız ilk gündən bu günə kimi ədalətli obyektivliyin tərəfdarısınız.

Yəni nöqsanları bəzəmədən, şişirtmədən, qərəzsiz verərək, oxucu tutmağa yox dəqiq informasiya yaymağa çalışırsınız”.

 

Bizi nə narahat edir?…

 

Müraciət edən Lənkəran sakinləri deyiblər ki, 2 ildən çoxdur ki, sosial müdafiə sistemində rüşvət, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır və sosial müavinətlərin verilməsində şəffaflığa əməl olunur:

“Son günlər mətbuatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi həssas bir qrumun başında duran nazirin əleyhinə süni bir kampaniya aparılır.

Yazılarda qərəz və uydurmalar baş alıb gedir və özünü açıq şəkildə göstərir. Biz sosial müdafiə qrupundan olan insanlar, Qarabağ müharibəsinin veteranları və əlilləri, Əfqanıstan döyüşlərinin iştirakçıları, Çernobl əlilləri və digər sosial stratlardan olan insanların nümayəndələri gördüklərimizi və bildiklərimizisizə yazmaq istədik.

Dünyada sosial islahatlar aparmaq qədər çətin və qeyri-populyar ikinci bir sahə yoxdur. Məhz ölkəmizdə artıq 2 ildən çox müddətdir ki, sosial müavinətlərin verilməsi ilə bağlı islahatlar aparılır və neqativ məqamların aradan götürülməsi üçün sistemli, ardıcıl işlər aparılır.

Nazirlikdə elektron hökumət münasibətləri artıq tam yekunlaşma dövrünə qədəm qoymuşdur. Vətəndaş-məmur kontaktı artıq sıfıra yaxınlaşmaqdadır. Belə olan vəziyətdə bu sistemdə olan korrupsiya haqqındakı əsassız yazılar bizi hiddətləndirir

Ələbaxımlıqdan özünü məşğulluğa keçid prezidentimiz İlham Əliyevin tələbidir və bu tələb uğurla həyata keçirilir”.

Lənkəranlı sosial müavinət alanlar nazir Səlim Müslümov və onun oğlanları haqqında yayılan informasiyalara da münasibət bildiriblər:

 

“Səlim Müslümova ünvanlanan yalanların birini də açmaq istərdik. Guya onun oğlanları tikinti biznesi ilə məşğul olurlar. Bu absurddur. Bizdə olan məlumata görə, Səlim müəllimin bir oğlu tələbədir, biri isə ordu sıralarında xidmət edir.

 

Lənkərandan sosial müavinət alan vətəndaşların adından:

 

Qurbanov İlham Əliheydər oğlu

Mahirə İsgəndərqızı

Dostuyev Saleh Ağarəhim oğlu

Əliyev Elman Xanəli oğlu

Cabbarov Vazeh Mirəli oğlu

İsayev Qorxmaz Ədalət oğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button