2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lənkəranın icra hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Yayımlandı: 4 Oktyabr 2022 16:21

Prokurorluq rəami məlumat veriləcəyini deyir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV-nin əldə etdiyi məlumata görə, Lənkəran rayonunun Baş memarı Elgün Abdullayev saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidməti də xəbəri təsdiqləyib.

“Əməliyyatla bağlı rəsmi məlumat veriləcək”, – prokurorluğun yaydığı qısa məlumatda bildirilib.

Foto: Azərtac

Bu ilin iyulunda Lənkəran Rayon İcra Hakimiyyətilə bağlı başqa bir qalmaqal yaşanmışdı. İcra başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) qızı ilə eyni sinifdə oxuyan 8-ci sinif şagirdini evinə gətirdib, onu döyməkdə ittiham edilərək, barəsində cinayət işi başlanmışdı. Hazırda sabiq icra başçısının məhkəməsi gedir. Onun işinə Lənkəran Rayon Məhkəməsində baxılır.

Məktəbliyə qarşı zorakılıqla ittiham olunan Rasilə Arifqızı cinayət məsuliyyətinə cəlb olunsa da, həbsdə deyil.

Rasilə Arifqızı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button