2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Lənkəranskinin 7 məclisi verilir, şayiələr isə səngimir

Bu gün İstanbulda qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin 7 məclisi veriləcək.

24saat.org-un xəbərinə görə, məşhur kriminal avtoritet bir həftə əvvəl maşınında güllələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun cənazəsi elə həmin gecə doğulduğu Lənkəran şəhərinə gətirilib və həm qarşılanma mərasimində, həm dəfndə izdiham yaşanıb.

Mərhumun dəfnində deputat Fəzail Ağamalı, Lənkəran rayon rəsmiləri də iştirak ediblər. Hüzr mərasimində isə bir çox avtoritetlər, tanınmış sənət adamları da olublar.

Onun qətlindən bu günə kimi bir həftədir müxtəlif şayiələr yayılır: gah sağ olduğu, gah cənazəsini gətirən təyyarənin Mübariz Mənsimov tərəfindən təşkil edilmədiyi, gah qətldə Qərbin barmağı olduğu söylənir.

24saat.org-un əldə etdiyi son xəbərə görə, bu gün 7 mərasimi olacaq və Kiçik bazar məhəlləsində çadırlar qurulub. Bundan əlavə, Lənkəranskinin məzarının qarovulçular tərəfindən mühafizə edildiyi haqda iddialar yayılsa da, deyilənlər həqiqəti əks etdirmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button