2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Lənkəranskinin dəstəsinin üzvləri həbsdən buraxıldı

Rusiyanın Nijni Taqil şəhər məhkəməsində Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən azərbaycanlı dəstə üzvləri barədə qərar qəbul edilib.

Dəstənin 4 əsas üzvü haqqında seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Məhkəmə Xıdır Q., İlkin A., Orxan M. və Telman V.ni ev dustaqlığına məhkum edib.

Digər dəstə üzvləri isə sərbəst buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

30 nəfərdən ibarət dəstə üzvləri keçən il avqustun 4-də həbs ediliblər. Onlar şəhərin mərkəzindəki restoranların birində “sxodka” zamanı saxlanılıblar. Dəstə üzvlərinə qarşı əməliyyatda təkcə polislər yox, yerli OMON da iştirak edib.

Məlumata görə, dəstə üzvləri yerli iş adamlarına haqq qoyaraq onlardan mütəmadi və özü də külli miqdarda pul alırmışlar. Hədə-qorxunu zamanı isə qanuni oğru Rövşən Lənkəranskinin adından istifadə edirmişlər. (lent.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button