2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Ləyaqətli büdcə” həm sosial rifah göstəricisi, həm də insan hüquqları məsələsidir.”

* * *

Sual: Məmməd bəy, Dövlət büdcəsi layihəsində bu dəfə nələr var, nələr yoxdur? Bu dəfəki büdcənin bundan əvvəlkilərdən fərqi nədir?

Cavab: Növbəti ilin dövlət büdcəsinin gəlirləri 26,8 mlrd. manat proqnozlaşdırılır. Bu əvvəlki illə müqayisədə 5,5 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 29,9 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə daha 4,7 faiz böyüməsi deməkdir. Dövlət büdcəsi kəsrinin nisbəti isə ÜDM-nin 3,5 faiz həcmində proqnozlaşdırılır.  Bu büdcə ilə yığcam olaraq fiskal situasiyanı göstərir. 

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəla gəlin dövlət büdcəsinin üstünlükləri sayıla biləcək göstəricilərinə diqqət edək. Bu büdcə əvvəlki illərin büdcəsindən ən böyüyüdür. Hətta müstəqillik illərinin ən böyük dövlət büdcəsi sayılır. 2020-2-ci ilin dövlət büdcəsi xərcləri ÜDM-nin 13-i qədərdir. 

Növbəti ilin dövlət büdcəsindən ən narahatedici fiskal həlqə yenə də Neft Fondu dövlət büdcəsi münasibətlərindədir. Belə ki, Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 14106,0 milyon manat nəzərdə tutulur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 6,6 faiz çox təşkil edəcək. Konkret olaraq söyləsək, dövlət büdcəsi gəlirlərinin 12,7  mlrd. manatı və ya 47,4 faizi Neft Fondundan transfertin, 8,8 mlrd. manatı və ya 32,9 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 4,2 mlrd. manatı və ya 15,9 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. 

Sual: İnsanları maraqlandıran əsas məsələ maaşlar, müavinətlər və təqaüdlərə ediləcək artımlardır. Bu dəfə dövlət büdcəsində belə bir artımlar nəzərdə tutulubmu? 

Cavab: Bəli, növbəti ilin dövlət büdcəsində sosial xərclərin dinamikası hiss olunur. Daha doğrusu təsbit olunub. Növbəti ilin dövlət büdcəsinin sosialyönlü xərclərinin strukturu 13,8 mlrd. manat məbləğində proqnozlaşdırılmışdır. Bu isə ötən ilin dövlət büdcəsi ilə müqayisədə 13,5 faiz çoxdur. Növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə artımlar da xüsusi ağırlıq təşkil edən xərc istiqamətləri içərisindədir. 2022-ci ildə təhsilə büdcədən 3,9 mlrd. manat vəsait ayrılacaq. Bu ötən illə müqayisədə 18,5 faiz artım deməkdir. Amma mənim fikrimcə, əsas məsələ büdcədə artımları həyata keçirmək deyil. Daha çox onun prioritetlərini düzgün müəyyənləşdirməkdir. Tutaq ki, təhsil büdcəmiz artır. Amma orada əsas diqqət edəcəyimiz məqam həmin vəsaitlərinin neçə faizinin təhsil sektorunda çalışanların əməkhaqqı fonduna yönəldilməsi olacaq. Əgər təhsil büdcəsi daha çox infrastruktura dəstək məqsədilə genişləndirilirsə, o zaman bu artımlar təhsil işçiləri üçün ləyaqətli yaşam standartı əldə etməyə imkan verməz.  

Sual: Qarabağ quruculuq işlərinə nə qədər vəsait ayrılması nəzərdə tutulub?

Cavab: Ümumiyyətlə növbəti ilin dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi məqsədilə 8 milyard manat və ya xərclərin 27 faizi təmir-tikinti və infrastrukturun yenilənməsi məqsədilə ayrılacaq. Təxminin hər 4 manatdan 1 manatı məhz bu məqsədlə xərclənəcək. 

Amma konkret halda isə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası və bu kimi məqsədlər üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulub. 

Sual: Hər il müzakirələr zamanı adətən deputatlar büdcəni “ləyaqətli büdcə” adlandırırlar. Bu il isə daha çox bu fikir səsləndirilir ki, müstəqillik tarixinin ən böyük büdcəsi. Bu dəfəki büdcəyə ləyaqətli adı vermək olarmı və həqiqətənmi büdcə bu vaxta qədər olmuş büdcələrin ən böyüyüdür? 

Cavab: Bu fikrin ərxasında duran əsas amil kimi sosialyönümlü xərclərin artmasını göstərirlər. Bunu söyləyən deputatlar “ləyaqət” anlayışını büdcədən sosialyönümlü xərclərin çox olması ilə əlaqələndirirlər. Lakin nəzərə almırlar ki, ləyaqət anlayışı təkcə sosial rifahla bağlı anlayış deyildir. Həm də insan hüquq və azadlığı ilə bağlı anlayışdır. Azərbaycanda isə insan hüquq və azadlıqlarının, demokratiyanın vəziyyəti göz önündədir. Digər tərəfdən isə ləyaqətli büdcə həm də daha çox ləyaqətli əməkhaqqı anlayışını da nəzərə alsın. Azərbaycanda ləyaqətli əməkhaqqı sadəcə qeyri-qanuni gəlir əldə etmədən çox az hallarda mümkün olan bilən hala gəlib çıxıb.  

Sual: Əslində büdcədə nələr olmalı idi ki, onlar yoxdur?

Cavab: Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülməli olan vəsait azalmalı idi, amma əksinə daha da artıb. Dövlət büdcəsinin bu qədər artan neft gəlirlərindən sonra qeyri-neft sektorundan gəlməli olan vəsaitlər artmaq yerinə, daha da azalmağa doğru gedir. 

Bildiyimiz kimi gələn ildə dövlət büdcəsi xərclərinin tərkibində səhiyyə xərclərimizin xüsusi çəkisi 6,0 faiz, ÜDM-də xüsusi çəkisi isə 2,1 faiz səviyyəsində olacaq. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1,1 mlrd. manatı və ya 62,9 faizi icbari tibbi sığorta xərclərinə yönələcək. Əslində biz icbari tibbi sığortaya çoxdan keçməli idik. Biz uzun illər bu şansları qaçırdıq. Bütün bunlara görə əhalinin yoxsulluq səviyyəsi artır. Çünki ailələr şəxsi vəsaitləri hesabına səhiyyə xərclərini maliyyələşdirdilər. Bütün bunlara görə gözlənilən orta ömür müddətini artıra bilmədik. 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button