2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Labirintdəki ölkə

Gözümüzün qarşısında bir Azərbaycan labirinti var və hamımız bu labirintin içindəyik. Labirint- elə bir dolaşıqlıqdır ki, bir yol tapıb onun içindən çıxmaq hədsiz dərəcədə müşküldür… Ölkəmizin ətrafında nə qədər gərgin situasiyalar varsa, bu gərginliklərin hamısı ölkənin daxilində öz daşıyıcılarını tapıb öz mənafeləri üçün səfərbər etməyi bacarırlar. Belə çıxır ki, Azərbaycan coğrafiyasında maraqlı olan bütün dövlətlər Azərbaycan əhalisi ilə daha yaxşı işləyir, əhali ilə ən pis şəkildə işləyən də elə Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyətinin ölkə ilə bağlı daimi (strateji) siyasi maraqları yoxdur, onun çoxlu sayda keçici, birdəfəlik, qısa müddətli və ən pisi də qeyri- siyasi maraqları var və bunların hamısını sapa düzüb ölkəni yönəldirlər.
Girişdir, amma ritorik deyil, qısa təsvirdir. Nəyin girişidir ?
Dünən xəbər yayıldı ki, AXCP gənclərindən olan Nicat Nizamovun ətrafında «bandotdel- xəfiyyə» toru hörülüb, onu tutub Əli Kərimlinin əleyhinə, partiyanın əleyhinə hansısa ifadələr almaq qərarı verilib. Tutub zorla ifadə almağın nə demək olduğunu biz, artıq bilirik. Lap bu yaxınlarda, 19 oktyabr günü ölkənin siyasi liderlərindən olan Tofiq Yaqublunu tutub işgəncə verərək Əli Kərimlinin, Milli Şuranın əleyhinə danışdırmaq, siyasətdən çəkilmək tələbləri irəli sürmüşdülər. Baxın, hətta Tofiq Yaqubli kimi sınmaz və əyilməz bir adamdan! Əli Kərimlinin özünə «siyasətdən get!» tələbi ilə verilən işgəncələri hələ demirəm.
Daha əvvəl dünyanın ən həlim və ən mütəvazi adamlarından saya biləcəyiniz Saleh Rüstəmlini, onun qardaşı oğlunu, AXCP fəalı Aqil Əli Məhərrəmi və başqalarını da eyni tələblərlə tutub işgəncə vermişdilər, indi onlar uzun müddət həbs cəzası altında cəzaçəkmə yerlərində saxlanılırlar.
Daha əvvəl… lap əvvəllər, hətta sui- qəsd planları da vardı. Həbsxanada başqa bir əmələ görə saxlanılan və AXCP-yə dəxli olmayan Bəhlul adlı bir gəncin yazdıqları mətbuata çıxmışdı: yüksək qonorar müqabilində Əli Kərimlini güllə ilə vurub öldürməli imiş, adam tapşırılan və ya tələb edilən işin məsuliyyətini anlayaraq bundan imtina etmişdi. Planın o biri ucunda yenə də o zamankı MTN (indiki DTX) dayanırdı.
Müxalifətçilərin istər ölkə daxilindən, istərsə də ökə xaricindən oğurlanması, şərlənməsi, həbs edilməsi, bütün bu epizodların hamısı, axı, hakimiyyətin bir- birinin dalınca düzdüyü yapışdırdığı bir prosesdir. Bu prosesin siyasi mahiyyəti yoxdur, kriminal mahiyyəti var, amma bir siyasi prosesi durdurmaq üçün tərtib edilən kriminal epizodlardır. Əksər hallarda da, bu epizodlar AXCP ətrafında qurulur, insanlar həbs edilir, işgəncələrə məruz qoyulur, ailələr dağılır, insan taleləri qəhr edilir.
Kimsə deyə bilməz ki, Azərbaycan hakimiyyətinin və xüsusi xidmət orqanlarının bundan daha çevik, daha tezlikli uğraşdığı hansısa işlər var. Var, əlbəttə, bu, daimi məşğuliyyətdir, yeganə səlis prosesdir və onun adı talançılıqdır, korrupsiyadır, amma bu kriminal epizodların hamısı da həmin o korrupsiyanı qorumaq, hüdudlarını genişləndirmək, talan prosesinin təhlükəsizliyini təmin etmək üçündür.
Gənc Nicat Nizamov bu növbəti təhlükəli və murdar layihənin qarşısını almaq üçün öz bioqrafiyasını cərrahi əməliyyata məruz qoydu: «mənim üzərimdə qurduğunuz bu planı rədd edirəm və bəri başdan da AXCP sıralarından gedirəm» dedi, bunu uzun illər, gənc yaşının onun üçün ən parlaq bioqrafiya parçası olan siyasi kimliyindən imtina etməyə məcbur oldu, təki bu zamana qədər üzvü olduğu təşkilata onun əli ilə zərbə vurmasınlar deyə həyatının axarını dəyişdi.
Amam bu bir nəfərin taleyi deyil, bir ölkənin taleyidir. Lap əvvəldə qeyd etdim ki, Azərbaycan dolaşıq maraqların, həm də üstəlik, Azərbaycana qarşı olan çirkli maraqların labirintidir. Bu labirinti də Azərbaycan hakimiyyəti yaradır. Azərbaycan xalqı üçün yaradılır bu labirint yalnız Əli Kərimlinin əttrafında, onun siyasi karyerasını bitirmək üçün deyil bu ciddi- cəhdlər.
Aydındır ki, İlham Əliyev Əli Kərimliyə nifrət edir və ondan qorxur. Bu qorxusunu son zamanlar gizlədə də bilmir, müxtəlif toplantılarda «valdaylamaqla» bunu bildirir. Mən həmişə, lap əvvəldən demişəm ki, bu valdaylamaq onun öz ətrafına verdiyi mesajdır: «ondan zəhləm gedir, o mənim düşmənimdir, ona qarşı olmayanlar mənim düşmənimdir, onunla olanlar da mənim düşmənimdir».
Bu, mesajın açıq hissəsidir və açıq valdaylamaq yolu ilə verilən mesajdır. Bir də qapalı valdaylamaqlar var və ona uyğun olan qapalı mesajlar. Qapalı mesajların- tapşırıqların da biri budur: Əli Kərimlinin çevrəsində xəbis niyyətləri həyata keçirmək, ətrafında olanları ləkələmək, şərləmək, işgəncəyə məruz qoymaq, öldürmək, həbs etmək və ağla gələn bütün pislikləri tərtib etmək… Kriminal nəqşələrdir, cinayət torudur, hər nədirsə bunların başında- mərkəzində İlham Əliyev dayanır.
Azərbaycan labirintinin yaranmasında, gündən- günə daha da çıxılmaz hala salınmasında İlham Əliyevin öz siyasi opponentlərindən qorxusu dayanır, bu qorxu hər cür cinayətlərə təhrik edir.
Azərbaycan xalqı bu labirintin içində gicələk qalıb, amma əvəzində Azərbaycan qarşı olan bütün niyyətlər ölkənin ərazisində cövlan edir. «Arıq eşşəyin yaylağı» kimi.
Qənimət Zahid

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button