2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Laçın dəhlizində gömrük postu açıla bilər –  İlham Əliyev

 

    Brussel/14.12.21NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuat konfransı keçirilib.

Stoltenberq  bildirib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib», o deyib.

Bundan başqa NATO-nun Baş katibi Azərbaycan-Ermənistan münasibətlərinə toxunub.

Onun sözlərinə görə   hər iki ölkə NATO üçün dəyərli tərəfdaşdır.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”.

Öz növbəsində  İlham Əliyev Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.

Əliyev Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” deyə o qeyd eləyib.

 İlham Əliyev Azərbaycan-Ermənistan məsələsinə toxunub.

“Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq”, – deyən o qeyd edib ki, Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır.

 “Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri ilə  əlaqəni təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”, – dövlət başçısı bildirib.

Bundan əlavə prezidnet  qeyd edib ki, Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır və onların sayı arta bilər.-16D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button