2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Laçın dəhlizindəki ermənilər çıxmayacaqlarını deyirlər, yaxud Zabuxun taleyi necə olacaq?

Laçın rayonunda ermənilərin işğalından sonra “Aqavno” adlandırılan Zabux kəndində məskunlaşmış ermənilər baş nazir Nikol Paşinyanın “bu ərazi Azərbaycanın nəzarətinə veriləcək” bəyanatından sonra burdan heç yerə getməyəcəklərini bildiriblər.

Laçın rayonunun Zabux kəndində 1992-cü ilin işğalından sonra Suriyadan və Ermənistandan gətirilmiş şəxslər məskunlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun erməni xidməti – Azatutyunun dərc etdiyi böyük reportajda kəndin icma başçısı Andranik Çavuşyan əksinə kənd əhalisinin artırılmasından danışır:

“Siz bu adamlardan soruşmusunuz, onlar getmək istəyirlər, ya yox? Bu adamların həlak olanları var. O həlak olanlar bizə işimizi davam etdirməyi vəsiyyət ediblər. Biz hətta istəsək də geriyə addım ata bilmərik. Siz bizdən məsləhətsiz bu fikirlə razılaşmısınız. Kim deyir ki, biz bunu evimizin yerləşdiyi 100-200 metrlə ölçürük. Biz bunu uşaqların qanı, mübarizəsi ilə ölçürük. Yox, biz ermənilərin marağında olmayan sözlərə qulaq asmayacağıq”.

Qarabağın silahlı qüvvələri?

Qarabağın silahlı qüvvələri?

Bugün Zabuxda 200-dən çox erməni yaşayır. Burda məktəb və uşaq bağçası da var.

Kənd sakinlərindən biri Azatutyuna deyib:

“Allah eləməsin belə bir şey olsa, adamların buna necə reaksiya verəcəyini bilmirəm. Çünki Aqavnonu (Zabux-red) heç yer, hətta Yerevanın mərkəzi də əvəz edə bilməz”.

Narine Rasosyan Zabuxda 1997-ci ildən yaşayır. Onun sonbeşiyi 44 günlük müharibədən sonra doğulub.

Azatutyun yazır ki, Narine bir neçə gündən sonra oğlunu “Dağlıq Qarabağ silahlı qüvvələrində” xidmətə göndərəcəyini deyir.

Qadın deyir ki, əgər müharibə vaxtı burdan getməyibsə, indi heç getməyə hazırlaşmır:

“Əgər belə bir rəhbər varsa, kəndə gəlib bizə desin ki, burdan getməlisiniz. Kənddə vəziyyət belədir ki, bunu bir bəyanatla etmək olmaz. Qarabağdan çıxarılmış başqalarına bugün ev veriblərmi? Onların yarısı ev tutub, heç sabah nə olacağını bilmir”.

Paşinyanın ziddiyyətli bəyanatları

İyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında baş nazir Nikol Paşinyan demişdi ki, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə verildikdən sonra “DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti-red) sərhədlərindən kənarda olan ərazilər Azərbaycanın nəzarətinə keçəcək”.

Azatuyun hesab edir ki, Paşinyan bununla Laçın, Zabux və Sus məntəqələrinin Azərbaycana veriləcəyini təsdiq edib.

“24 saat “Laçın dəhlizindəki ermənilər çıxmayacaqlarını deyirlər, yaxud Zabuxun taleyi necə olacaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button