2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Laçın dəhlizindəki müəmma

Rusiya sülhməramlılarının xidmət çəkdikləri Birinci postda (Laçın yolunun girişində) Azərbaycan tərəfi ilə birgə “mini-gömrük” postu quraşdırılması barədə razılıq əldə olunub. Bu sensasion xəbəri dekabrın 3-də Şuşada Azərbaycan jurnalistləri ilə söhbətində sülhməramlıların komandanı, general-mayor Andrey Volkov bildirib.

Onun sözlərinə görə, orada yüklərin və nəqliyyat vasitələrinin yoxlanılması üçün xüsusi avadanlıq quraşdırılacaq.

Volkovun bu açıqlaması dekabrın 3-də Bakıdan gedən nümayəndələrin Qarabağla Ermənistan arasında nəqliyyatın hərəkətini dayandırmasını ətraflı şəkildə işıqlandıran Azərbaycan telekanallarının reportajlarında göstərilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu görüntülər yalnız bazar ertəsi – iki gün sonra və yalnız sosial şəbəkələrdə ortaya çıxdı.

Azərbaycan tərəfi hələ də susur, Bakı hələ də Laçında birgə keçid məntəqəsinin yaradılması ilə bağlı qərarı açıqlamayıb.

Volkovun dediklərindən çıxış etsək, onda bu ərazidə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məntəqəsinin yaradlılmasından söhbət getmir. Sual yaranır: “birgə mini-gömrük” nə deməkdir? Ermənistandan gələn avtomobillərə Rusiya hərbçiləri və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə baxış keçirəcəklər? Bu, texniki cəhətdən necə olacaq? Bu və ya digər yükün Azərbaycan ərazisinə, yaxud da Ermənistana buraxılıb-buraxılmaması məsələsində kimin fikri həlledici olacaq? Tutaq ki, “sülhməramlılar” hansısa yükün Qarabağa keçə bilməsi barədə qərar verəcəklər, Azərbaycan gömrükçüləri isə etiraz edəcəklər, bu zaman son söz kimin olacaq?

Məsələ ilə bağlı tanınmış politoloqlar fikirlərini Press Klubla bölüşüblər.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

– Açığını desək, hələlik söhbətin nədən getdiyi tam aydın deyil. Gördüyüm qədər, söhbət rus “sülhməramlılarının” yüklərin yoxlanılması üçün xüsusi avadanlıqla təmin edlməsindən gedir. Hansı avadanlıq veriləcəyi də tam aydın deyil. Məsələn, söhbət rentgen qurğularından və ya partlayıcı maddələrin aşkarlanması üçün avadanlıqdan gedir? 

Və əsas sual budur: Azərbaycan nümayəndələrinin fiziki iştirakı nəzərdə tutulubmu? Əgər nəzərdə tutulubsa, o zaman hansı xidmətlərin nümayəndələri olacaq – gömrük, sərhədçilər, yaxud sadəcə hər şeyi qeydə alacaq nəzarətçi? Bütün bunlar hələ cavabı olmayan prinsipial suallardır. Hələlik yalnız onu demək olar ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ keçirmək üçün addımlar atmağa başlayıb. Bu prosesin nə qədər davam edəcəyini zaman göstərəcək. Amma son zamanlar hamı bunun gözlənilən olduğunu dilə gətirib.

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə:

– Mənə elə gəlir ki, bu məsələ hələ də həllini tapmayıb, yekun nöqtə qoyulmayıb. Hələlik bu, aralıq qərardır. Çünki humanitar məqsədli Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması ilə bağlı açıq faktlar var və sərhəd-keçid rejiminin pozulması halları göz önündədir. Vəziyyətə necə yanaşılsa da, ora sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olsa da, ərazi Azərbaycanın dövlət sərhədidir. Ona görə də, Azərbaycanın bu əraziyə nəzarətlə bağlı məsələ qaldırmaq hüququ var.

Bundan əlavə, o da vurğulanmalıdır ki, bu məsələ ilə bağlı yekun qərarın verilməsində məsuliyyət böyük ehtimalla sülhməramlıların üzərinə düşəcək. Amma fikir ayrılığı yaranarsa, Azərbaycan tərəfinin sülhməramlılarla razılaşmalar çərçivəsində, həmçinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qarşısında bu vəziyyətlə bağlı məsələ qaldırmaq hüququ var.

Mən belə başa düşürəm ki, burada söhbət vəziyyətin ən qısa müddətdə mərhələli şəkildə həll edilməsindən gedir. Necə olmasından asılı olmayaraq, bu ərazidəki keçid məntəqəsi fəaliyyət göstərməli olacaq. Unutmayaq ki, indi ləng rejimdə də olsa, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası prosesi gedir. Sərhəd bütün uzunluğu boyunca aydın şəkildə müəyyən edilməlidir. Bu prosesə Laçın dəhlizinin giriş hissəsi də daxildir. Ona görə də şübhə yoxdur ki, yaxın gələcəkdə bu əraziyə giriş-çıxış, malların keçirilməsi ilə bağlı məsələləri tənzimləməli olan müəyyən gömrük-sərhəd infrastrukturu da fəaliyyət göstərəcək.

Rauf Orucov

The post Laçın dəhlizindəki müəmma appeared first on 24 saat.

24 saat” “Laçın dəhlizindəki müəmma” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button