2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Laçın dəhlizindən danışan Donfrid Tehranın bölgədə fəallığına diqqət çəkib

Laçın dəhlizi ətrafındakı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsinə əngəl törədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində deyib.

Dəhlizin yenidən açılması üçün Vaşinqtonun fəal işlədiyini bildirən Donfrid dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri arasında son telefon danışıqlarını xatırlayıb.

“Dövlət katibi dəhlizin dərhal yenidən açılmasına çağırıb və maneəsiz ticarət və şəxsi nəqliyyatın vacibliyini vurğulayıb. Biz Dağlıq Qarabağda yerli erməni əhalisinin vəziyyətindən çox narahatıq. Biz bu vəziyyəti diqqətdə saxlamağa və təzyiq göstərməyə davam edəcəyik”, – Donfrid bildirib.

Regiondakı vəziyyətdən danışan ABŞ dövlət katibinin müavini “Moskva və Tehranın fəallığını” toxunub.

“Amerikanın səsi” erməni xidmətinin yazdığına görə, Karen Donfrid deyib ki, Dağlıq Qarabağda yerləşdirilən qondarma rus sülhməramlıları konstruktiv rol oynamır və İran Cənubi Qafqazda siyasi, təhlükəsizlik və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Dofridin sözlərinə görə, müxtəlif çətin məsələlərin, o cümlədən sərhədlərin demarkasiyası, sülh sazişi, ölkələr arasında nəqliyyat dəhlizinin bərpası məsələsi də daxil olmaqla Azərbaycan-Ermənistan danışıqlar prosesi dövlət katibinin gündəliyində duran məsələlərdən biridir.

“Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların İrəvanda və Bakıda qəbul edilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”, – ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini deyib.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button