2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Laçın sakini: “Ömrümün qalan günlərini doğma yurdda keçirəcəyim üçün çox sevincliyəm”

“Ömrümün qalan günlərini bu doğma yurd yerində keçirəcəyim üçün çox sevincliyəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report”a bu gün Laçına köçürülən sakin Həsən Mamed oğlu Abdullayev bildirib.

“Bura gələnə qədər bu yerlərin həsrətilə yaşamışıq. Çox çətin günlərimiz olub. Çətin şəraitlər yaşadıq. Düzdür, dövlətimiz bizim üçün hər cür şərait yaratmışdı. Amma Laçın həsrəti bizi hər cür şəraitdən, sevincli anlardan uzaq etmişdi. İki il öncəyə qədər çəkdiyimiz yurd həsrəti, inanın ki, bu iki ildə çəkdiyimiz qədər uzun görünmədi bizə”, – o deyib.

Sakin Laçın azad edildikdən sonra daha çox darıxdığını, doğma ocağına qovşumaq üçün hər dəqiqənin keçməsini səbirsizliklə gözlədiyini vurğulayıb: “Müharibə başlayan bir gündən Laçının azad edilməsi xəbərini, Laçın alınandan sonra isə oraya köçəcəyimiz günün xəbərini gözləmişəm. Bir neçə gün öncə mənə dedilər ki, köçlə bağlı hazırlaş. Bu bir neçə gün mənə bir neçə il kimi gəldi. Səhər maşına oturandan isə həyəcan və göz yaşlarım səngimədi. “Laçın” yazılan yerə çatanda ürəyim həyəcanla çırpınırdı. Ömrümün qalan günlərini bu doğma yurd yerində keçirəcəyim üçün çox sevincliyəm. Allahın bu gününə şükürlər olsun deyirəm, şəhidlərimizin ruhuna dualar edirəm, bu sevinci bizə yaşadanları hörmətlə anıram. Biz çox xoşbəxt millətik ki, bu gün heç kimdən asılı olmadan “VUR” deyən, verdiyi əmrin prinsipiallıqla arxasında duran Ali Baş Komandanımız var. Azərbaycan artıq düşmənin başı üzərində od yağdıracaq cəngavər oğlanların məkanıdır”.

Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə 44 nəfərlik 13 ailə artıq daimi yaşamaq üçün Laçın şəhərində öz evlərində yerləşdirilib. Bununla da Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Bundan əvvəl iyunun 14-də növbəti köç karvanı Laçına yola salınıb və daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Daha öncə isə Laçın şəhərinə 20 ailə – 97 nəfər köçürülmüşdü.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button