2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Laçın təhsil şöbəsinə şok – İttihamlar

 

Laçın rayonundan 24saat.org-a şikayət daxil olub. Hazırda Ağcabədinin Taxtkörpü ərazisindəki Şeylanlı obasında müvəqqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu bildirib ki, təhsil nazirinin müavini Ceyhun  Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin qanun pozuntularına göz yumur. Onun sözlərinə görə, M.Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan gizlədərək müsabiqəyə verməyib.

“Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib. Diplomu saxta olan müəllimlərdən hər tədris ilində 800 manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox diplomu saxta olan müəllim var. Diplomu olmayan düzgün yazıb-oxumağı bacarmayan  şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi- hazırlıq müəllimi götürüb”, deyə şikayətçi iddia edib.

Saytların yığılması Saytlarin yigilmasi

lacin

Müraciətdə bildirilib ki, hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verilməyib və müsabiqədə uğur qazanmayan namizədlərdən 2500-3000 manat rüşvət alınaraq boş yerlər onlara  satılıb: “Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birin 500 manat rüşvət alaraq satıb. Hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq 1000 manat rüşvət alaraq satıb. Təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən  mərkəzələrə 1500 manat rüşvət alaraq yerdəyişmə edib.

Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamda öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən  500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir.

Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib.Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar”.

Şikayətdə deyilir: “Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını  və yığdığı küllü miqdarda rüşvəti ört- bastır etmək üçün daydayılarının köməyindən ( Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik  Hətəmov) istifadə edərək  və Təhsil Nazirliyində əlbir olduğu şəxsə yüksək məbləğdə rüşvət verərək izi itirmək  məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmağı hədəfləyir”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button