SEÇMƏ

Laçından çıxmış ermənilər hökumətin onlara vəd etdiyi 25 min dollar kompensasiyanı ala bilmirlər

Yayımlandı: 3 Oktyabr 2022 22:00

Laçın rayonundan çıxmış ermənilər hökumətin onlara vəd etdiyi kompensasiyanı ala bilmirlər

Ermənistan mediası yazır ki, onlar hökumətdən, mənzil tutmaq üçün adambaşına verilməli olan təxminən 100 dollara yaxın yardımı və ev almaq üçün 25 min dollarlıq kompensasiyanı ala bilmədiklərini deyirlər.

Onlara əvvəlcə siyahının yaxşı yoxlanılmalı olduğunu bildiriblər. Daha sonra isə proqramın tərtibində problemlər yaranıb və hələ də davam edir, sakinlər belə deyir.

Laçından köçənlər əsasən Ermənistanın şəhər və qəsəbələrinə, bir qismi isə Xankəndiyə gediblər. İndi onlar kirayə haqlarının bahalığından da şikayətçidirlər.

Qarabağdakı qondarma erməni rejimi bu məsələlərlə bağlı açıqlama verməyib.

Ermənistan mediası iddia edir ki, onların bu proqramı həyata keçirməyə pulu yoxdur.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan Fransadan təzminat tələb edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button