2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Laçından yan keçəcək yolun tikintisi yekunlaşıb

Laçın şəhərinə daxil olmadan keçəcək yeni avtomobil yolunun Azərbaycan hissəsində tikinti artıq yekunlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Turan”a bildirildiyinə görə, tikinti zamanı 7.3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1.3 milyon kubmetr qaya partlatma işləri yerinə yetirilib: “17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən dörd aşırımlı avtomobil körpüsü inşa edilib”.

Yolun tikintisinə 2021-ci ilin iyulunda başlanılıb. Ümumi uzunluğu 32 km təşkil edir. Bundan 10 km Ermənistan ərazisində yerləşir.

1 il 9 ay əvvəl – noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulub. Bəyanatın 6-cı bəndinə əsasən, 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də üçtərəfli razılaşmadan sonra Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: “Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq…”.

Yeni yolun istifadəsindən sonra Laçın şəhəri və daha bir neçə kənd Azərbaycanın nəzarətinə keçməlidir.

Bugünlərdə yeni yolun inşasına öz hissəsində Ermənistan da başlayıb. Yolun Kornidzor sektorunun tikintisi gələn ilin yazında başa çatmalıdır.

“4-kilometrlik qrunt yolu var. Bu yol hazırda işləyən magistrala birləşir. Bu yolun bir hissəsi Ermənistanın, digər hissəsi isə Azərbaycanın nəzarət etdiyi əraziyə düşür. Biz müvəqqəti olaraq bu 4-kilometrlik yoldan istifadə edəcəyik. Əsas yol tikilənə qədər bu yol dəhliz məntiqi ilə işləyəcək”, – Dağlıq Qarabağda tanınmayan qurumun təmsilçisi Viktoriya Petrosyan deyib. Onun sözlərinə görə, bu yol da Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Bu da xəbər verilir ki, avqustun 25-dən sonra Qarabağ və Ermənistan arasında hərəkət Azərbaycanın Həkəri çayı üzərindən saldığı körpüdən keçəcək.

Bu il avqustun 2-də rəsmi Bakı qarşı tərəfə Laçın dəhlizinin boşaldılması haqqında bəyanat vermişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button