İdman

“Lalə Təpə” Avropa Çempionatında – “Milan” və “Valensiya”ya qarşı

Bu il sayca üçüncü dəfəTürkiyənin paytaxtıİstanbulda təşkil olunacaq klublararası “Avropa Çimərlik Futbolu Çempionatı 2016” turnirində Azərbaycan da təmsil olunacaq.
24 saat.org Cümhuriyyət.az-a istinadən xəbər verir ki, 3-5 iyun aralığında keçiriləcək turnirdə Azərbaycanı yeni yaradılmış “Lalə Təpə” klubu təmsil edəcək. İtaliyanın “Milan”, İspaniyanın “Valensiya”, Türkiyənin “Antalyaspor” klubları çempionluq yarışında “Lalə Təpə”nin rəqibi olacaq.

lalə təpə
FC Lalə Təpə

Klubun təsisçisi Elvin Quliyev Cümhuriyyət.az-a açıqlamasında “Lalə Təpə”nin Azərbaycan Milli Komandasının çimərlik futbolçularından təşkil olunacağını və Türkiyə Millisindən də futbolçu cəlb etmək istədiklərini bildirib. “Kluba ilk dəstəyi AFFA və Çimərlik Futbolu Fedarasiyası verdi. Məqsədimiz şəhidlərin qanı ilə tanıtdığımız “Lalə Təpə”ni tanıtmaqdır”. – deyə Quliyev əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, çempionat 550 ton dəniz qumu tökülərək qurulan “Marmara Form”da təşkil olunacaq. NTV Spor, Beln Sports kimi tanınmış idman telekanllarından yayımlanacaq.

Cümhuriyyət.az

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button