2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lalə Əmirli: Faiq Əmirliyə Gülənçilərlə bağlı ittiham gülüncdür

“Faiq Əmirlinin imam olması, moizə oxuması ilə bağlı ona verilən ittihamı absurd bir şey, gülünc kimi qarşılayıram. Necə qarşılamalıyam? “ Bu barədə “Azadlq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli Amerikanın Səsinə müsahibəsində bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli avqustun 20-də saxlanılıb. Onun saxlanılması Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda “Fətulla Gülən işi” ilə bağlı başlanan cinayət işindən bir neçə gün sonraya təsadüf edir.

Saytların yığılması Saytlarin yigilmasi

Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirli bilinir.

Avqustun 22-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə onun barəsində üç ay həbs qətimkan tədbiri seçib.

Sentyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Faiq Əmirli barəsində həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirir ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

“Faiq Əmirlinin ümumiyyətlə Fətulla Gülənçilərlə əlaqəsi olubmu?- sualını Lalə Əmirli gülüşlə qarşılayır.

“Olmayıb. Qətiyyən olmayıb. Özünüz də qəşəng bilirsiniz ki, olmayıb. Olmayıb, yox, elə bir şey olmayıb. Olsa idi, yəqin gülüşlə qarşılamazdıq”, o qeyd edib.

Onun sözlərinə görə, axtarış zamanı evlərindən toy kasetlərini, cizgi filmi kasetlərini, bir neçə fləş kartı, “Azadlıq” qəzetinin qaimələrini götürüblər, ən əsası maşınını (şəxsi avtomobilini nəzərdə tutur-red) aparıblar.

L.Əmirlıi “şəxsi avtomobilinin istintaqa nə aidiyyatı var? – sualına cavab ala bilmədiyini deyib.

“Sonuncu dəfə sentyabrın 4-də müraciət etmişəm. Eləcə deyirlər, gözləyin, gözləyin. Nəyi gözləyim, bilmirəm”, o bildirib.

O hələ Faiq Əmirli ilə görüşə bilməyib.

“Müstəntiqə müraciət edəcəm, görüm görüş veririmi. Onun mədəsi də ağrıyır”.

Lalə Əmirlli həyat yoldaşının tezliklə həbsdən azad edilməsini istəyir. Əmirlilərin iki azyaşlı uşaqları var.

“İstəyirəm Faiq uşaqlarının yanında olsun. Başqa sözüm yoxdur”, o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button