2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

LAQEYD MÜNASİBƏT NARAZALIQ YARADIR – OXUCU PROKURORLUQDAN ŞİKAYƏT EDİR

İmkan vermədi deyəm ki, ərizəmdə şikayət etdiyim müəssisə Nərimanov rayonunun ərazisində yerləşir, Binəqədidə yox…

OXUCU MƏKTUBU!

24saat.org saytında Mehman Əliyevin “Dövlət qurumları şikayət məktubları ilə futbol oynayır”  başlıqlı yazısını oxuduqdan sonra onun fikirləri ilə tam razılıaşdım və başıma gələnləri yazmağı qərara aldım.

2015-ci il dekabr ayının 10 –da respublikanın baş prokuroru cənab Z. Qaralova şikayət ərizəsi göndərdim. Dekabrın 18-də baş prokurorluqdan aldığım cavabda məlumat verilirdi ki, ərizəm Bakı şəhər prokurorunun müavini cənab Azər Əsgərova göndərilmişdir. Ərizəmdə ev ünvanımı, telefon nömrəmi də göstərmişdim. Ərizəmlə kimin məşğul olacağından mənə məlumat veriləcəyini gözlədim. Günlər həftələri, həftələr də ayları əvəz etdi, amma xəbər-ətər gəlmədi.

Saytların yığılması Saytlarin yigilmasi

BUNA DA BAX – “Dövlət qurumları şikayət məktubları ilə futbol oynayır”

Şikayətimin arxasınca yenidən baş prokurorluğa getdim. Müraciətimdən sonra ərizəmin Baki şəhər prokurorunun müavini Azər müəllimə göndərildiyini bir daha bildirdilər. Birbaşa həmin ünvana yollandım. Çox çalışandan sonra məni bir nəfər prokuror qəbul etdi və maraqlanacağını bildirdi. Onun cavabından arxayınlaşdım. Amma yenə bir xəbər çıxmadı. Nəhayət, iyulun 11-də Bakı şəhər prokurorluğuna getdim. Həmin gün Azər Əsgərovun qəbul günü idi. Qəbul vaxtından iki saatdan artıq gözlədim, lakin qəbul olmadı. Nəhayət, qəbul otağında oturan polis məni telefonla bir nəfər prokurorla danışdırtdı. Dərdimi ona nəql etdim. Məni dinləyib gözləməyimi bildirdi. Bir neçə dəqiqədən sonra yenidən telefonla danışdıq. Ərizəmi Binəqədi prokurorluğuna göndərildiyini dedi. Bu barədə nə üçün mənə məlumat verilmədiyini bildirdikdə mənlik deyil, deyib dəstəyi yerinə qoydu. İmkan vermədi deyəm ki, ərizəmdə şikayət etdiyim müəssisə Nərimanov rayonunun ərazisində yerləşir, Binəqədidə yox.
Bəli, yeddi aydan sonra ərizəmin hara göndərildiyini öyrənə bildim. Oturub nə vaxt çağırılacağımı gözləyirəm. Əgər maraqlanmasaydım ərizəmdən xəbər-ətər olmayacaqdı.
Mənim 72 yaşım var. Məcburi köçkünəm, Qarabağ müharibəsi veteranıyam, jurnalistəm. 40 il mətbutda şalıçmışam, rayon partiya komitəsində işləmişəm. Bunu deməkdə bildirmək istəyirəm ki, işlədiyim dövrdə yüzlərlə ərizə-şikayətə baxmışam.O vaxt daxil olan ərizə ilə on günün müddətində məşğul olmalı idik. Görürsünüzmü, ərizə göndərdiyimdən yeddi ay keçir hələ bir şey yoxdur. İndi də deyəcəklər ki, ərizənin vaxtından xeyli keçdiyinə görə dəyərini itirib. Bir şeyi də xatırladım ki, jurnalist olsam da qaçqınlıqdan sonra ailəmi dolandırmaq üçün Dərnəgül boru zavodunda fəhlə işləmişəm. Zavoddakı özbaşınalıq, hərkə-hərkəlik, icraçı direktorun qanunu bilərkdən taptalaması vətəndaş kimi məni narahat etməyə bilmirdi. Ərizəmdə direktorun özbaşınalığını, vəzifəsindən sui istifadə etməsini, vəzifə səlahiyyətlərini aşmasını və sairəni faktlarla göstərmişəm. Ərizəmə nə üçün belə laqeyd münasibət bəslənildiyini başa düşə bilmirəm. Görəsən laqeyd münasibətin narazılıq yaratdığını vəzifəli şəxslər bilmirmi.

Sərməst Seyidəliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button