2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Latviya “Dojd”un lisenziyasını ləğv edib

Yayımlandı: 6 Dekabr 2022 15:47

Kanal ölkənin milli təhlükəsizliyinə təhdiddə günahlandırılıb

Latviyanın Milli Elektron Media Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qərarın ölkənin milli təhlükəsizliyinə təhdidlə əlaqədar qəbul edildiyi bildirilir.

Bu barədə şuranın sədri İvars Abolins “Twitter” hesabında məlumat paylaşıb.

“Hər kəs Latviya qanunlarına hörmət etməlidir”, – deyə o yazıb.

İvars Abolins əlavə edib ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini başa düşmür:

“Buna görə də kanal ölkə ərazisində hərəkət edə bilməz”.

Keçən həftə şura “Dojd”u ilhaq edilmiş Krımın Rusiyanın tərkibində olduğu xəritədən istifadə etdiyinə və Rusiya ordusuna münasibətdə “bizimki” sözünü işlətdiyinə görə 10 min avro cərimələyib.

İ.Abolins qeyd edib ki, bu, telekanal tərəfindən son bir neçə ayda ikinci pozuntudur.

Telekanal 2008-ci ildə Moskvadan yayıma başlayıb.

2014-cü ildə Leninqradın blokadası ilə bağlı sorğudan sonra əksər peyk və kabel operatorları kanalı öz siyahılarından çıxarıblar.

2021-ci ildə “Dojd” “xarici agentlər” siyahısına əlavə edilib.

2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsindən qısa müddət sonra Rusiya hakimiyyəti kanalı bloklayıb.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button