2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Latviya Rusiyanı “terrorizmin sponsoru olan dövlət” kimi tanıdı

Yayımlandı: 11 Avqust 2022 13:55

Moskva Latviyaya qarşı cavab tədbirləri görəcəyini açıqladı

Avqustun 11-də Latviya Seymi Rusiyanı “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə seymin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Rusiya Ukraynada dinc əhaliyə qarşı məqsədyönlü hərbi hücumlar və dövlət terrorizmi zorakılığı həyata keçirir.

Bəyanatda Aİ ölkələrindən Rusiya və Belarus vətəndaşlarına turist və giriş vizalarının verilməsini dərhal dayandırmağa çağırış əks olunub.

“Rusiya Suriyada Əsəd rejiminə ən böyük silah tədarükçüsü, Skripal ailəsinin zəhərlənməsinin günahkarı kimi, illər ərzində müxtəlif yollarla – birbaşa və dolayısı ilə terrorçu rejimləri və təşkilatları dəstəkləyib və maliyyələşdirib”,-deyə bəyanatda qeyd olunub.

Seymin açıqlamasında Rusiyanın Ukraynaya hərbi hücumundan sonra 12 milyon ukraynalının evlərini, 5 milyondan çoxunun isə ölkəsini tərk etmək məcburiyyətində qalması xatırlanıb.

Moskva Rusiyanı rəsmən “terrorçuluğa sponsorluq edən dövlət” kimi tanıyan Latviyanın hərəkətlərinə cavab tədbirləri görəcək.

Bu barədə Federasiya Şurasının senatoru Sergey Tsekov yerli mediaya danışıb.

ABŞ Senatı iyulun sonunda dövlət katibi Entoni Blinkeni Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə təsdiqləyib.

Rusiya isə ABŞ-ı terror dövləti kimi tanınacağı təqdirdə diplomatik əlaqələri kəsməklə hədələmişdi.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button