2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Latviya Rusiyanın bütün telekanallarını qadağan etdi

Latviyanın elektron media üzrə milli şurası ölkədə 80 Rusiya telekanalının yayımının dayandırılması haqqında qərar qəbul edib
Latviyanın elektron media üzrə milli şurası ölkədə 80 Rusiya telekanalının yayımının dayandırılması haqqında qərar qəbul edib.
Bundan əvvəl Latviya Rusiyanın əsas dövlət telekanallarının yayımını qadağan etmişdi.
Şuranın rəhbəri İvar Abolinış deyib ki, qadağan ölkənin yeni qanunvericiliynə uyğun olaraq tətbiq edilir.
Bu qanuna görə Latviyanın varlığına hədə təşkil edən ölkələrdə qeydiyyatdan keçmiş media vasitələri ölkə ərazisində yayımlana bilməz. Latviya hazırda Rusiyanı məhz belə bir ölkə hesab edir.
Qərar iyunun 9-dan qüvvəyə minəcək və Abolinışın dediyinə görə “Rusiya Ukraynada müharibəni dayandırıb Krımı qaytaranadək” qüvvədə olacaq.
AzadlıqRadiosu yazır ki, söhbət ilk növbədə E TV, İllyuzion+, Kino24, MirTV, Oxota i rıbalka və başqa Rusiya telekanallarından gedir.

Dojd telekanalına yaşıl işıq
Bu da xəbər verilir ki, iyunun 6-da Latviyanın media şurası habelə Rusiyada qadağan edilmiş Dojd telekanalının yayınına lisenziya verib.
Bu telekanal 10 il Moskvada fəaliyyət göstərdikdıən sonra “feyklər haqqında qanuna” görə mart ayında işini dayandırmalı olub.
Telekanalın baş direktoru Natlaya Sindeyeva deyib ki, Dojd kanalının işini davam etdirməsi onun əməkdaşlarının ən müxtəlif ittihamlarla cinayət təqibinə yol aça bilərdi.
Rusiya hazırda Kremlin mövqeyinə zidd məlumatlar verən bütün mediaların fəaliyyətini müxtəlif vasitələrlə məhdudlaşdırır.
Dojd telekanalının bir çox işçiləri Rusiyanı tərk ediblər və özlərinin YouTube kanallarını açıblar.
Bu telekanalın Latviyada iyunun 9-dan yayımlanacağı gözlənilir.

24 saat” “
Latviya Rusiyanın bütün telekanallarını qadağan etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button