Loading...
Loading...
Siyasət

Latviya səfirliyi xeyriyyə fotoauksionu təşkil edir

Bakı/13.08.31 Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi TheLandmark Biznes Mərkəzi,  F3.7 Birliyi və PlatformART təşkilatı ilə birgə 18 avqust 2021-ci il tarixində saat 20:00-da  Orange Grove/Landmark Rotunda Terasda Fotoqrafiya Xeyriyyə  Auksionu təşkil edir.

Fotoqrafiya Xeyriyyə Auksuonu bu yaxınlarda Bakı Fotoqrafiya  Evində DEFOCUSED adlı sərgidə  nümayiş etdirilən əsərləri təqdim edir. Fotoqrafiyalar ətraf mühitin vəziyyətini  Azərbaycanın Emin Mathers, Sərəf Nağıyeva, Tati Səttar, Çiçək Bayramlı, Leyla Musayeva, Zaur Mirzəyev, Kamil Abbaszade, Orxan Hüseynov, Lalə Əliyeva və Nurllan Babazade kimi müasir gənc nəsil fotoqrafçılarının  gözləri ilə estetik şəkildə təqdim edir.  

Auksionda təqdim olunan fotoqrafiyaları almaqla Siz  ekologiya sahəsində fəaliyyət göstərən “Ecofront” qeyri-hökümət təşkilatına  regionlarda ekoloji problemlərin həllinə yardım etmiş olarsınız.

Latviyanın Aİ –yə üzv dövlət kimi Avropa İttifaqının “Yaşıl Sazişi”nin yerinə yetirilməsində öhdəçiliyi var. Latviya təcrid olunmuş “enerji adasından” azad və şəffaf  enerji  bazarına nail olmaq yolunda çox işlər görmüşdür. O hər zaman  Yaşıl Enerji Layihələrinə böyük əhəmiyyət verir, Latviya səfirliyi xəbər verir.—0—

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button